Məhkəmə qərarları › İş №2(073)-537/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-537/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-537/2023 06.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Hüseyxan oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Hüseyxan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh Hüseyxan oğlunu rayon sakini kimi tanımışdır. Cavabdeh onun (iddiaçının) evinin tikintisini həyata keçirmək üçün 8000 (səkkiz min) manat pul istəmiş o da həmin pulu cavabdehə vermişdir. Lakin cavabdeh onun üçün (iddiaçı üçün) 2500 (iki min beş yüz) manatlıq iş görmüş, qalan işləri isə yarımçıq qalmışdır. Dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh qala nişi görməmiş, nə də pulunu qaytarmamışdır. Buna görə polis və prokurorluq orqanlarına şikayət ərizələri ilə müraciət etmiş, lakin ona şikayətinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Hüseyxan oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh Hüseyxan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan rayon Cəlilabad rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh Hüseyxan oğlunun barəsində etdiyi şikayəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Cavabdeh Hüseyxan oğlu tərəfindən Cəlilabad rayon Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, o (cavabdeh) izahatında təxminən 2 il əvvəl İddiaçı evini təmir etdiklərini, sonradan Zümrud Əliyevanın ona evin təmirində keyfiyyətsiz materialdan istifadə etdiklərini bildirdiyini və bununla əlaqədar müxtəlif orqanlara şikayət etdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddaçının evində təmir işləri görmüş, bir müddət sonra isə iddiaçı evin təmirində cavabdeh tərəfindən keyfiyyətsiz materialdan istifadə edildyini bildirərək, iddiaçının barəsində Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Cəlilabad rayon Polis Şöbəsində iddiaçının şikayəti əsasında araşdırma apırlımış və mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehə evin təmiri ilə əlaqədar 8 000 (səkkiz min) manat verdiyini, cavabdehin 2 500 (iki min beş yüz) manatlıq iş görüdyünü, evin təmirində keyfiyyətsiz materiallardan istfadə etdiyini, 5 500 (beş min beş yüz) manat müqabilində isə işə görməyərək yarımçıq qoyduğunu göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh X1 rayon Polis Şöbəsində yazılı izahat verən zaman, ustaları ilə birlikdə iddiaçı üçün iş gördüyünü göstərsə də, həmin işin nədən ibarət olduğunu, görüləcək işin dəyərini, iddiaçıdan həmin işə görə pul aldığını göstərməmiş, iddiaçı isə həmin halları və məhkəmə iclasında verdiyi izahatında (iddiaçının) göstərilən halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Hüseyxan oğluna qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar