Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-548/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1217 manat pulun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1217 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh həm usta, həm də qonşu kimi tanıyır. 27 dekabr 2020-ci il tarixdə Cavabdeh ona zəng edərək uşağının xəstə olduğunu və təcili pula ehtiyacı olduğunu bildirmişdir. O, da cavabında özündə pul olmadığını, lakin qonşusu Hüsniyə adlı qadında olacağı təqdirdə alıb ona verə biləcəyini bildirmiş və Cavabdeh da onunla razılaşmışdır. Bundan sonra o, Elşənə zamin durmuş və Elşən Hüsniyyədən hissə-hissə 1500 manat məbləğində pul götürmüşdür. Cavabdeh Hüsniyyədən götürdüyü pulu qaytara bilmədiyi üçün, o, Elşənə zamin durduğundan məcburiyyət qarşısında qalıb həmin 1500 manat borcu özü Hüsniyəyə ödəmişdir. Bundan bir müddət sonra 2022-ci ilin dekabr ayında Cavabdeh ona zəng edərək, anasının diz qapağının işləmədiyini əsas gətirərək, Bakıya müalicəyə aparmaq üçün 500 manata ehtiyacı olduğunu, həmin pulu verəcəyi təqdirdə, əvəzində təqaüd kartını verəcəyini və həmin kartdan 3 ay pul çıxartmaqla borcunu qaytaracaqdır. Cavabdeh pis vəziyyətdə qaldığını görüb, ona 300 ABŞ dolları məbləğində borc vermişdir. O, Cavabdeh ona verdiyi təqaüd kartından dekabr ayının 16-sı 93 manat pul çıxartmışdır. O, Elşənə zəng edərək kartında pulun az olduğunu bildirdikdə, Cavabdeh cavabında pulun kreditə tutulduğunu bildirmişdir. Bundan sonra o, Cavabdeh ona borclu qaldığı 2010 manat pulu qaytarmasını bildirdikdə, Cavabdeh borcunun çox olduğunu və bu səbəbdən də qaytara bilməyəcəyini bildirmişdir. 14 yanvar 2023-cü il tarixdə Cavabdeh tanımadığı şəxslə onun yaşadığı evə gələrək, ona 700 manat verib onu Hacı Ziya göndərdiyini bildirmişdir. O, da həmin 700 manat pulu alıb, Cavabdeh anasının təqaüd kartını və qəbzi Elşənə qaytarmışdır. Həmin vaxtdan sonra Cavabdeh ona borcu qaldığı 1217 manat borcunu qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehdən 1217 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı ilə qonşu olmuşdur. Buna görə də aralarında müsbət münasibətləri olmuşdur. O, 27 dekabr 2020-ci il tarixdə İddiaçı vasitəsi ilə qonşuluğda yaşayan Hüsniyə adlı qadından 1500 manat məbləğində sələmə borc pul götürmüşdür. Lakin həmin borc mələğini hissəhissə ödəyib qurtarmışdır. Hətta əsas məbləğdən əlavə faiz də ödəmişdir. Belə ki, sonuncu dəfə müdriyyətindən 700 manat götürüb, iş yoldaşı X1 ilə birlikdə İddiaçıun yaşadığı evə gedərək, borcunu tam ödəmiş və Ramil Sadiqlinin yanında iddiaçı ilə razılaşıb ayrılmışlar. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Cavabdeh onun iş yoldaşıdır. Cavabdehla iş yerində birlikdə olduğumuz bir vaxtda Elşən müdriyyətdən 700 manat borc pul götürdü və Cavabdeh xahişi ilə birlikdə İddiaçıun yaşadığı evə getmişlər. Həmin vaxt Cavabdeh onun yanında İddiaçıa 700 manat vermiş və ondan borcunun qalıb-qalmadığını soruşmuş, İddiaçı isə cavabında Cavabdeh ona borcu qalmadığını bildirmişdir. Sonra Cavabdeh ilə İddiaçı onun yanında bir-birinə minnətdarlıq edib ayrılmışlar. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəzdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı zaminliyi ilə Hüsniyyə adlı xanımdan yaxın zamanlarda qaytarmaq şərti ilə 1500 manat məbləğində borc almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı vasitəsi ilə Hüsniyyə adlı şəxsdən 1500 manat məbləğində borc pul almışdır. Pulu Hüsniyyə adlı şəxsə vaxtında qaytarmadığı üçün Hüsniyyə adlı şəxs həmin məbləği iddiaçıdan almış və iddiaçı həmin məbləği Cavabdeh tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Hüsniyyə adlı şəxsdən alınan borc məbləğinin geri alınmasına dair hüquqlarının İddiaçıa ötürülməsi barədə hər hansı razılaşma mövcud deyildir, digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, götürülən borc məbləğinin qalan hissəsi də İddiaçıa qaytarılmış və həmin məbləğə görə cavabdehdən əlavə pul tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1217 manat pulun alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1217 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 1217 (bir min iki yüz on yeddi) manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-548/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-548/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver