Məhkəmə qərarları › İş №2(073)-559/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-559/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-559/2025 07.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hətəm oğlunun və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hətəm oğlunun və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 14100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 manat alınıb İddiaçı1, vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat alınıb İddiaçı2, vurulmuş ziyana görə 5892 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat alınıb İddiaçı3, vurulmuş ziyana görə 9684 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117 manat alınıb İddiaçı4, vurulmuş ziyana görə 2925 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat alınıb İddiaçı5 Hətəm oğluna və Cavabdeh2 vurulmuş ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat alınıb X3 verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hətəm oğlu və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 14100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 manat alınıb İddiaçı1, vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat alınıb İddiaçı2, vurulmuş ziyana görə 5892 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat alınıb İddiaçı3, vurulmuş ziyana görə 9684 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117 manat alınıb İddiaçı4, vurulmuş ziyana görə 2925 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat alınıb İddiaçı5 Hətəm oğluna və Cavabdeh2 vurulmuş ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat alınıb X3 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 ona noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək onu inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 07 mart 2023-cü il tarixdə onun yaşadığı Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən evin həyətində ona məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 14100 manat olan ümumilikdə 4 ton 700 kiloqram noxud məhsulunu ələ keçirərək ona ümumilikdə 14100 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. O, dəymiş ziyanı ödəməsini cavabdehlərdən bir neçə dəfə tələb etsə də, cavabdehlər ziyanı ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 ona noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq 28 fevral 2023-cü il tarixdə onun yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən evin həyətində ona məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək ona ümumilikdə 6000 manat məbləğində maddi ziyan vurmuşlar. Lakin cavabdehlər ona vurulmuş ziyanı ödəməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, yəni digər Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 ona noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 03 mart 2023-cü il tarixdə onun yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən evin həyətində ona məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5892 manat olan ümumilikdə 1 ton 964 kiloqram noxud məhsulunu ələ keçirərək ona ümumilikdə 5892 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmuşlar. Ona vurulmuş ziyanı ödəməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər ziyanı ödəməkdən yayınmışlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 12 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı ona məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 9684 manat olan ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu ələ keçirərək ona ümumilikdə 9684 manat məbləğində maddi ziyan vurmuşlar. Ona vurulmuş ziyan hazıradək ödənilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 Hətəm oğlu iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 ona noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 16 mart 2023-cü il tarixdə X5 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində ona məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək ona ümumilikdə 2925 manat məbləğində məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmuşlar. Lakin cavabdehlər ona vurulmuş ziyanı ödəməmişlər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh2 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə ona noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, onun həmin əməkdaşlığa yatırım edəcəyi 8000 manat pulun qarşılığında bir ay müddətində əlavə qazancla birlikdə ümumilikdə 9000 manat pul qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023-cü il tarixdə onun yaşadığı Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində onun 8000 manat nağd pulunu ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurmuşlar. Cavabdeh2 həmin ziyandan ona heç bir ödəniş etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(073)- 88/2024 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 182,2,1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Qeyd olunan cinayət işi üzrə ittihamda Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan İddiaçı2 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq 28 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində İddiaçı2 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındə birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan İddiaçı3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 03 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində İddiaçı3 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5892 manat olan ümumilikdə 1 ton 964 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı3 ümumilikdə 5892 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini İddiaçı1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 07 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən evin həyətində İddiaçı1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 14100 manat olan ümumilikdə 4 ton 700 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 14100 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küşəsində yaşayan İddiaçı4 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 12 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan kçüəsində yerləşən evin həyətində İddiaçı4 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 9684 manat olan ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı4 ümumilikdə 9684 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı5 Hətəm oğluna noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 16 mart 2023-cü il tarixdə X5 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində İddiaçı5 Hətəm oğluna məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək İddiaçı5 Hətəm oğluna ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh2 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan X3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, sonuncunun həmin əməkdaşlığa yatırım edəcəyi 8000 manat pulun qarşılığında bir ay müddətində əlavə qazancla birlikdə ümumilikdə 9000 manat pul qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində zərərçəkmiş şəxs Samiq Xudaşova məxsus 8000 manat nağd pul vəsaitini ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(106)- 810/2024 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs Cavabdeh2 müdafiəçisi X2 və məhkum edilmiş şəxs Cavabdeh1 müdafiəçisi X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(073)-88/2024 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan İddiaçı2 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq 28 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində İddiaçı2 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 6000 manat olan ümumilikdə 2 ton noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 6000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındə birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan İddiaçı3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 03 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evin həyətində İddiaçı3 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 5892 manat olan ümumilikdə 1 ton 964 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı3 ümumilikdə 5892 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini İddiaçı1 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 07 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən evin həyətində İddiaçı1 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 14100 manat olan ümumilikdə 4 ton 700 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 14100 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 Cəlilabad şəhəri, Cavadxan küşəsində yaşayan İddiaçı4 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 12 mart 2023-cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad şəhəri, Cavadxan kçüəsində yerləşən evin həyətində İddiaçı4 məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 9684 manat olan ümumilikdə 3 ton 228 kiloqram noxud məhsulunu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı4 ümumilikdə 9684 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh1 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 Hacıabala oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra ümumi cinayətkar niyyətə və aralarındakı rol bölgüsünə əsasən qrup üzvü Cavabdeh2 tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı5 Hətəm oğluna noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, alacağı noxud məhsulunun pulunu bir ay müddətində qaytaracağına dair yalan vədlər verib aldadaraq, 16 mart 2023-cü il tarixdə X5 yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində İddiaçı5 Hətəm oğluna məxsus bir kiloqramının qiyməti 3 manat olmaqla ümumi dəyəri 2925 manat olan ümumilikdə 975 kiloqram noxud məhsulunu ələ keçirərək İddiaçı5 Hətəm oğluna ümumilikdə 2925 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Cavabdeh2 təkrarən tamah niyyəti və özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədiylə tanışı Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla yaşayan X3 noxud məhsullarının satışını həyata keçirməklə bağlı supermarketlər şəbəkələri ilə əməkdaşlıq etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, sonuncunun həmin əməkdaşlığa yatırım edəcəyi 8000 manat pulun qarşılığında bir ay müddətində əlavə qazancla birlikdə ümumilikdə 9000 manat pul qaytaracağına dair yalan vədlər verib aldadaraq, xx.xx.2023cü il tarixdə sonuncunun yaşadığı Cəlilabad rayonu, Məmmədrzalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində zərərçəkmiş şəxs Samiq Xudaşova məxsus 8000 manat nağd pul vəsaitini ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan cinayət hədisəsi nəticəsində iddiaçılar İddiaçı1 14100 manat, İddiaçı2 4000 manat, İddiaçı3 5892 manat, İddiaçı4 9684 manat, İddiaçı5 Hətəm oğluna 2925 manat və X3 8000 manat məbləğində zərər vurulmuş, lakin cavabdehlər hazıradək vurulmuş zərərin əvəzini ödəməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hətəm oğlu və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada vurulmuş ziyana görə 14100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 manat alınıb İddiaçı1, vurulmuş ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat alınıb İddiaçı2, vurulmuş ziyana görə 5892 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 manat alınıb İddiaçı3, vurulmuş ziyana görə 9684 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117 manat alınıb İddiaçı4, vurulmuş ziyana görə 2925 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat alınıb İddiaçı5 Hətəm oğluna, Cavabdeh2 vurulmuş ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat alınıb X3 verilməsi tələbində haqlıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 törətdikləri cinayət hadisəsi nəticəsində iddiaçı X4 vurulmuş zərərin miqdarı 3361 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 14100 manat alınıb İddiaçı1, 4000 manat alınıb İddiaçı2, 5892 manat alınıb İddiaçı3, vurulmuş ziyana görə 9684 manat alınıb İddiaçı4, 2925 manat alınıb İddiaçı5 Hətəm oğluna verilməli və Cavabdeh2 vurulmuş ziyana görə 8000 manat alınıb X3 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırkı iddianın verilməsi ilə əlaqədar 132 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 hazırkı iddianın verilməsi ilə əlaqədar 60 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı3 hazırkı iddianın verilməsi ilə əlaqədar 79 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı4 hazırkı iddianın verilməsi ilə əlaqədar 117 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı5 Hətəm oğluhazırkı iddianın verilməsi ilə əlaqədar 57,60 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X7 hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 manat alınıb İddiaçı1, 60 manat alınıb İddiaçı2, 79 manat alınıb İddiaçı3, 117 manat alınıb İddiaçı4, 50 manat alınıb İddiaçı5 Hətəm oğluna və Cavabdeh2 100 manat alınıb X3 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 14100 (on dörd min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 (bir yüz otuz iki) manat alınıb İddiaçı1, 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat alınıb İddiaçı2, 5892 (beş min səkkiz yüz doxsan iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 79 (yetmiş doqquz) manat alınıb İddiaçı3, 9684 (doqquz min altı yüz səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117 (bir yüz on yeddi) manat alınıb İddiaçı4, 2925 (iki min doqquz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat alınıb İddiaçı5 Hətəm oğluna verilsin, Cavabdeh2 vurulmuş ziyana görə 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat alınıb X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar