Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-56/2024 11.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 8.000 (səkkiz min) manat əsas borc, 1192,14 (min yüz doxsan iki manat on dörd qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 1901,85 (min doqquz yüz bir manat səksən beş qəpik) manat faiz, 5992,10 (beş min doqquz yüz doxsan iki manat on qəpik) manat cərimə olmaqla, cəmi 17.086,09 (on yeddi min səksən altı manat doqquz qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutlaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 09 avqust 2023-cü il tarixdə məhkəməyə iddia həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh 8.000 (səkkiz min) manat icra edilməmiş əsas borc, 1192,14 (min yüz doxsan iki manat on dörd qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 1901,85 (min doqquz yüz bir manat səksən beş qəpik) manat faiz, 5992,10 (beş min doqquz yüz doxsan iki manat on qəpik) manat cərimə olmaqla, cəmi 17086,09 (on yeddi min səksən altı manat doqquz qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 10 (on) manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə olunan məbləğin tutularaq Ləğv prosesində olan İddiaçı ASC- xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3 məxsus olan Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilib, həmin əmlak açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi X8 11 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3798 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödənilmək şərtilə 11000( on bir min) manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli, ZC-3798 saylı kredit müqaviləsi üzrə kredit məbləği bank tərəfindən veriləndə X5 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan, Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 8000 (səkkiz min) manat icra edilməmiş əsas borc, 1192,14 (min yüz doxsan iki manat on dörd qəpik) manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 1901,85 (min doqquz yüz bir manat səksən beş qəpik) manat faiz, 5992,10 (beş min doqquz yüz doxsan iki manat on qəpik) manat cərimə olmaqla, cəmi 17086,09 (on yeddi min səksən altı manat doqquz qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respubliakası MPM-nin 53.1. maddəsinə əsasən iddiaçı iddianın həcmini artırmağa və azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2014cü il tarixli, ZC-3798 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 faizlə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 saylı ipoteka müqaviləsindən görünür ki, 25 sentyabr 2014-cü il tarixli, ZC- 3798 saylı kredit müqaviləsinə əsasən X2 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 84.8 kv.m ümumi sahə, 71.6 kv.m yaşayış, 13.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və dəyəri tərəflərin razılığı ilə 19000 (on doqquz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 84.8 kv.m ümumi sahə, 71.6 kv.m yaşayış, 13.2 kv.m yardımçı sahədən ibarət mənzil X2 mülkiyyətindədir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X2 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evi mükiyyətində olan 0.21 ha torpaq sahəsi ilə birlikdə 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir . İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, mülkiyyət hüququ üzrə X3 məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsində göstərilən qaydada qeydə alınması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, X3 məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh və ipoteka qoyan X3 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 36.2.3-cü maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girov) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanı təsdiq edilməsi təklif edilmiş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/733 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 saylı kredit müaviləsində qeyd edilən şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixə (iddia tarixinə) İddiaçı ASC-yə olan borcu 8008,54 manat əsas, 864,91 manat faiz borcu və 1194,61 manat faiz (illik 5%-lə hesablanmaqla) olmaqla, cəmi 10068,06 manat məbləğində müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın Elektron Xidmətlər Portalı vasitəsilə 29 feral 2020-ci il tarixli ödəniş sənədindən müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırılması məqsədi ilə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin hazırda 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 nömrəli kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2024-ci il tarixli, 3-16-16/2-9/733/2024 nömrəli rəyinə əsasən əsas borcu 8008,54 manatdır. 8008,54 manat əsas borc məbləğinə 5992,10 manat məbləğində dəbbə pulu müəyyənləşdirilməsi tənasübsüz sürətdə yüksəkdir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımıncı yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Məhkəmə qeyd edilənlərə əsasən iddia tələbinin faiz və cərimə məbləği ilə bağlı hissəsi ilə əlaqədar hesab edir ki, müqavilə üzrə öhdəliyin icrasının mümkünsüz edilməməsi, həmçinin qəbul ediləcək nəticə üzrə bərpa edilən hüquqların xəyali deyil, praktiki və səmərəli olmasının təmin edilməsi üçün 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 nömrəli müqavilə üzrə əsas və faiz məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 12 fevral 2024-ci il tarixli, 3-16-16/2-9/733/2024 nömrəli rəyində göstərilən məbləğdə, yəni əsas borc 8008,54 manat, faiz borcu 864,91 manat, faiz (illik 5 %-lə hesablanmaqla 1194,61 manat həddində müəyyən edilməlidir. Həmçinin cərimənin işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləği nəzərə alınaraq 200 manat həddində müəyyən edilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğundur. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ-borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İş materiallarından borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş prosedurlara kreditor tərəfindən riayət olunması müəyyən olunur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və ipoteka saxlayanın əlavə xərcləri ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.. Eyni zamanda «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, tərəflər ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinə dair razılığa gəlmişlər və hal-hazırda buna dair tərəflər arasında mübahisə olmadığından ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən müəyyən edilməlidir. Məhkəmə, iddianın ipoteka ilə yüklü edilmiş əmlakların boşaldılması və orada yaşayanların çıxarılması tələbinə qiymət verərkən onu qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinə əsasən bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Ona görə də iddianın əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 sentyabr 2014-cü il tarixli, ZC-3798 nömrəli kredit müqaviləsi üzrə 8008,54 (səkkiz min səkkiz manat əlli dörd qəpik) manat əsas, 864,91 (səkkiz yüz altmış dörd manat doxsan bir qəpik) manat hesablanmış faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən faiz (illik 5%-lə hesablanmaqla) 1194,61 (bir min bir yüz doxsan dörd manat altmış bir qəpik) manat, 200 manat dəbbə pulu, cəmi 10268,06 (on min iki yüz altmış səkkiz manat altı qəpik) manat borc tutulmalı, tələb ilkin satış qiyməti 19.000 (on doqquz min) manat müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə X3 məxsus olan Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən 84,8 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 13,2 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, X2 mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən 84,8 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 13,2 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi açıq hərracda satılaraq əldə olunan vəsait kredit borcuna yönəldilməli, satıldıqdan sonra X2 mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən 84,8 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 13,2 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 sentyabr 2014-cü il tarixli ZC-3798 nömrəli kredit müqaviləsi üzrə 8008,54 (səkkiz min səkkiz manat əlli dörd qəpik) manat əsas, 864,91 (səkkiz yüz altmış dörd manat doxsan bir qəpik) manat hesablanmış faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən faiz (illik 5%-lə hesablanmaqla) 1194,61 (bir min bir yüz doxsan dörd manat altmış bir qəpik) manat, 200 manat dəbbə pulu, cəmi 10268,06 (on min iki yüz altmış səkkiz manat altı qəpik) manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu tutulsun. X1 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində 0.21 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 84.8 kv.m ümumi sahə, 71.6 kv.m yaşayış, 13.2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılsın və 10268,06 manat məbləğində borc hərracdan satışdan əldə olunan vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 19000 (on doqquz min) manat müəyyən edilsin. X2 mülkiyyətində olan Cəlilabad rayonu, Maşlıq kəndində 0,21 ha torpaq sahəsində yerləşən 84,8 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 13,2 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının xərci kimi 50 (əlli) manat tutularaq X4- Kod: 210005, VÖEN: **********, M/H: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN: **********, Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-56/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-56/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver