Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-567/2025 11.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 12850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat alınıb İddiaçı1 və 6400 manat alınıb İddiaçı2 verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat alınıb İddiaçı1 və 6400 manat alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, onların Cəlilbad rayonu Musalı kəndində qohumları var və cavabdehin də həmin qohumları ilə qohumluq əlaqələri vardır. 2020-ci ilin yay aylarında Cavabdeh onların yaşadığı evə gəlmiş və söhbət əsnasında cavabdeh ondan pensiya alıb-almadığını soruşmuş o, da pensiya almadığını bildirmişdir. Cavabdeh ona Bakı şəhərində tanışı olduğunu və sosial yardım düzəltdirə biləcəyini bildirmişdir. O, cavabdehə saxta yolla sosial yardım almaq istəmədiyini söylədikdə, cavabdeh ona hər şeyin qanuni formada olacağını bildirmişdir. Bundan sonra cavabdehlə razılaşdıqdan sonra ümumilikdə cavabdehə 12850 manat vermişdir. Lakin müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh dələduzluq edərək onu aldatmışdır. O, bu barədə Cəlilabad RPŞ-nə müraciət etmiş və Cavabdeh barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işinə Cəlilabad rayon məhkəməsində baxılmış və məhkəmənin 21 sentyabr 2022-ci il tarixli, 1(073)-166/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində ona ümumilikdə 12850 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh qardaşı İddiaçı1 vasitəsi ilə tanımışdır. Belə ki, 2020-ci ilin yay aylarında qardaşı İddiaçı1 ona Cavabdeh pensiya düzəltdirə bildiyini, onun üçün hətta sosial yardım da düzəltdirdiyini bildirmişdir. O da özü və arvadı Aytən Həsənalıyeva üçün pensiya düzəltdirmək qərarına gəlmiş və bu məqsədlə 2020-ci ilin sentyabr ayında qardaşı İddiaçı1 vasitəsi ilə 3250 manat, sonradan 2020-ci ilin noyabr ayında yaşadığı evin həyətində pensiya düzəltdirməsindən ötrü 1650 manat, dekabr ayında yaşadığı evin həyətində 700 manat, 2021-ci ilin yanvar ayının əvvəllərində isə yaşadığı evin həyətində 800 manat pul vermişdir. Həmin pulu cavabdehə verərkən cavabdeh ona və arvadına, eyni zamanda qardaşları və onların arvadları üçün tezliklə pensiya düzəltdirəcəyini, bunu Bakı şəhərində olan tanışı vasitəsilə həyata keçirəcəyini bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. O, bu barədə Cəlilabad RPŞ-nə müraciət etmiş və Cavabdeh barəsində cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işinə Cəlilabad rayon məhkəməsində baxılmış və məhkəmənin 21 sentyabr 2022-ci il tarixli, 1(073)-166/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində ona ümumilikdə 6400 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, həqiqətən də o, iddiaçılardan pul almış və buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin iddiaçılar iddia tələbində həddindən artıq şişirdilmiş məbləğlər qeyd etmişlər. Bundan əlavə o, daş karxanalarında fəhlə işləyir və maddi imkanı zəif olduğundan iddiaçıların evinə gedərək onlara olan borcunu hissə-hissə ödəçəyi təklif etmiş, lakin iddiaçılar borcun tam ödənilməsini tələb etmişlər. Bu səbəbdən də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(073)-166/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə ittihamda Cavabdeh özgənin xeyli miqdarda əmlakını etibardan sui-istiadə etmə və aldatma yolu ilə, qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı ünvan 1 ünvanında yaşayan İddiaçı1 onun özü, arvadı X4, qardaşı X1, sonuncunun arvadı X6 üçün tanışı vasitəsilə təqaüd düzəltdirəcəyinə yalan vəd verib aldadaraq, İddiaçı1 məxsus olan 2020-ci ilin avqust ayında 700 manat, 2020-ci ilin sentyabr ayında 2500 manat, 2020-ci ilin oktyabr ayında 4500 manat, 2020-ci ilin noyabr ayında 3300 manat, 2020-ci ilin dekabr ayında 1850 manat, ümumilikdə sonuncuya məxsus 12850 (on iki min səkkiz yüz əlli) manat pulu vahid niyyətlə törədilən qəsdlə Cəlilabad şəhəri ərazisində ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istiadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı ünvan 1 ünvanında yaşayan İddiaçı2 və onun arvadı X2 üçün tanışı vasitəsilə təqaüd düzəltdirəcəyini yalan vəd verib aldadaraq İddiaçı2 məxsus olan pulun 2020-ci ilin dekabr ayında sonuncunun qardaşı İddiaçı1 vasitəsilə 1850 manat, 2021-ci ilin yanvar ayında sonuncu vasitəsilə 600 manat hissəsini, sonuncunun atası Bəhmən Həsənalıyev vasitəsilə 2020-ci ilin sentyabr ayında isə 800 manat hissəsini, İddiaçı2 özü vasitəsilə isə 2020-ci ilin noyabr ayında 1650 manat, 2020-ci ilin dekabr ayında 700 manat, 2021-ci ilin yanvar ayında isə 800 manat hissəsini, ümumilikdə 6400 (altı min dörd yüz) manat pulu vahid niyyətlə törədilən qəsdlə Cəlilabad şəhəri ərazisində ələ keçirməklə təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 12850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat alınıb İddiaçı1 və 6400 manat alınıb İddiaçı2 verilməsi tələbində haqlıdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçılar İddiaçı1 vurulmuş zərərin miqdarı 12850 manat və İddiaçı2 vurulmuş zərərin miqdarı 6400 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh vurulmuş zərərə görə 12850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat alınıb İddiaçı1 və vurulmuş zərərə görə 6400 manat alınıb İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırkı iddianın verilməsi ilə əlaqədar 148 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat alınıb İddiaçı1 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 12850 (on iki min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 (bir yüz qırx səkkiz) manat alınıb İddiaçı1 və vurulmuş zərərə görə 6400 (altı min dörd yüz) manat alınıb İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-567/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-567/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver