Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-572/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş borcun ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ-900 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinin və üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinin və üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 16 sentyabr 2019-cu il tarixində onunla (İddiaçı ilə) X10 arasında bağlanmış kredit müqaviləsinə əsasən X10 ona (iddiaçıya) xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat pul vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra həmin pulu götürmüş və Elbəyi Bağırovun razılığı ilə yanında Elmidar Hətəmova vermişdir. Elmidar Hətəmov həmin vaxt onların yanında həmin pulu Elbəyi Bağırovdan borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan aylıq 2000 manat Elbəyi Bağırova verəcəyini bildirmişdir. X13 aldığı pulu qaytarmadığından Elbəyi Bağırov pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin qərardadı ilə X9 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Həmin məhkəmənin 18 mart 2021-ci il tarixli, 2(073)- 222/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 38000 (otuz səkkiz min) manat pulun alınıb iddiaçı X8 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə isə Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən həmin pulun ondan (iddiaçıdan) tutulması ilə əlaqədar icra qeydi verilmişdir. Bu barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ona məlumat verilmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən icra qeydində onun (iddiaçının) borclu olduğu göstərilsə də, bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmiş və həmin icra qeydi əsassız olaraq verilmişdir. Həmin borc onun (iddiaçı) tərəfindən deyil, X9 tərəfindən ödənilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 verdiyi izahatında göstərmişdir ki, onunla (X10 ilə) İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən o iddiaçıya xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat borc vermişdir. İddiaçı müəyyən edilmiş vaxtadək borcunu qaytarmadığına görə pul tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin qərardadı ilə X9 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Həmin Məhkəmənin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 38000 (otuz səkkiz min) manat pulun alınıb ona (X8) verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə borc İddiaçı tərəfindən ödənilməlidir. Buna görə də kredit müqaviləsinin əsasında icra qeydinin verilməsi üçün Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət etmiş və həmin ofisin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi verilmişdir. Onunla (X10 ilə) İddiaçı arasında bağlanmış kredit müqaviləsi hazırda da qüvvədədir, həmin müqavilə etibarsız hesab edilməmiş, nə də ləğv edilməmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 16 sentyabr 2019-cu il tarixili ktedit müqaviləsindən görünür ki, X1 Cavid Ağabəy oğluna xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat borc vermişdir. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqavilədən görünür ki, X4 16 sentyabr 2019-cu il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə verdiyi 40000 (qırx min) manat borcun 20000 (iyirmi min) manatının xx.xx.2019-cu il tarixədək, qalan 20000 (iyirmi min) manatının isə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə tərəflər razılığa gəlmişlər. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, X3 38000 (otuz səkkiz min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb X8 verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-900 № ilə qeydə alınmış icra qeydindən görünür ki, 4 000 (qırx min) manat pul və 25 (iyirmi beş) manat dövlət rüsumu, cəmi 40025 (qırx min iyirmi beş) manat pul İddiaçı X4 xeyrinə tutulmalıdır. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi icraata qəbul edilmiş və İddiaçı icranı 10 gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, X10 ilə İddiaçı arasında 40 000 (qırx min) manat borc pula dair kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə görə İddiaçı 40 000 (qırx min) manat pulu 16 sentyabr 2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin pulu götürmüş və iddiaçının razılığı və iştirakı ilə X5 vermişdir. Elmidar Hətəmov həmin vaxt həmin pulu iddiaçıdan borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan iddiaçıya da verəcəyini bildirmişdir. X13 aldığı pulu qaytarmadığına görə iddiaçı pulunu tələb etməyə başlamış, Elmidar Hətəmov həmin pula xalça aldığını, həmin xalçanı müxtəlif insanlara nisyə satdığını, lakin pulunu ala bilmədiyini, pulu qısa müddətdə toplayacağını və borcunu qaytaracağını bildirsə də, vədinə əməl etməmiş və borcunu qaytarmamışdır. Bundan sonra iddiaçı yenə də Elmidar Hətəmovdan pulunu qaytarmasını tələb etmiş və həmin puldan cəmi 2 000 (iki min) manat pul iddiaçıya ödənilmişdir. 13 yanvar 2020-ci il tarixdə isə Elmidar Hətəmov 35 000 (otuz beş min) manat borcunu hər ay 1000 (bir min) manatdan az olmamaq şərti ilə Elbəyi Bağırova qaytaracağına dair iltizam yazaraq ona (Elbəyi Bağırova) vermişdir. Cəlilabad Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 38000 (otuz səkkiz min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqavilədən müəyyən edilir ki, X4 16 sentyabr 2019-cu il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə verdiyi 40000 (qırx min) manat borcun 20000 (iyirmi min) manatının xx.xx.2019-cu il tarixədək, qalan 20000 (iyirmi min) manatının isə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə iclasında həmin müqavilənin etibarsız hesab edildiyi və ya ləğv edilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin müqavilə əsasında Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-900 reyestr nömrəli icra qeydinin ləğv edilməsi də mümkün deyildir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat ffisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-572/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-572/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver