Məhkəmə qərarları › İş №2(073)-572/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-572/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-572/2025 03.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin həcminin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq 235 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçı ilə dəqiqləşmələr aparılmış, ona alimentin artırılması əsaslarının nə ilə bağlı olmasının göstərilməsinin zəruriliyi bildirilmiş, bu əsaslar Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan əsaslarla bağlı olduqda işə iddia icraatı qaydasında baxılmasının mümkünlüyü, yaşayış minimunun artırılması əsası ilə iddia ərizəsinin verilməsinin qeyrimümkünlüyü, habelə artırılmanın minimum əmək haqqının artırılması ilə və ya alimentin indeksasiya ilə bağlı olduğu halda isə icra icraatı qaydasında ərizə ilə müraciət etmək hüququnun olması izah edilmişdir və göstərilən dəqiqləşməni növbəti hazırlıq iclasına qədər etməsi təklif edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icrata xitam verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)1456/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 11 iyun 2007-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəəyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən dəqiqləşmə iddiaçı tərəfindən edilmədiyi və iclasda iştirak etmədiyi, həmçinin prosessual qənaət prinsipinə əməl etməklə uşağın mənafeyinin üstünlüyü prezumpsiyasını təmin etmək üçün, eyni zamanda Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli, 15 saylı Qərarında müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmaqla məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir, iddiaçıya alimentin indeksasiyası ilə bağlı və ya minimum əmək haqqının artması əsası ilə icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin həcminin artırılması tələbinə dair iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verisin. İddiaçıya icra icraatı qaydasında ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar