Məhkəmə qərarları › İş №2(073)-580/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-580/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-580/2024 01.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat pulun və 39.60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Xudakiєi orlu iddianı mğdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehi təxminən 3-4 ildir ki, tanıyır. Cavabdeh maşın almaq üçün ondan (iddiaçıdan) 5000 (beş min) manat borc almış və həmin borcdan bir hissəsini qaytarmışdır. 2023-cü ilin iyun ayında isə qalan 2700 (iki min yeddi yüz) manat borca dair qəbz yazaraq ona (iddiaçıya) vermişdir. Həmin borcdan bir hissəsini cavabdehə güzəşt etmiş və cavabdehin ona 1940 (bir min doqquz yüz qırx) manat borcu qalmışdır. Tələb etməsnə baxmayaraq, cavabdeh qalan 1940 (bir min doqquz yüz qırx) manat borcunu qaytarmaqdan yayınmışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddanı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, maşın almaq üçün iddaçıdan 2020-ci ildə 5500 (beş min beş yüz) manat borc almış, öz avtomaşının satdıqdan dərhal sonra borcundan 2500 (iki min beş yüz) manatını iddiaçıya qaytarmışdır. İddiaçı ona birlikdə işləməyi təklif etmiş və üç ay ona (cavabdehə) 500 (beş yüz) manat pul vermişdir. İddiaçıya olan 3000 (üç min) manat borcdan iddiaçı ona 1000 (bir min) manatını bağışlamışdır. Qalan pulu isə iddiaçıya kömək göstərdiyinə görə zəhmət haqqına hesablamışdır. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2700 manat pul aldığını, həmin pulu hər ay 210 manat olmaqla qaytaracağını göstərmişdir. İşdə olan Cavabdeh tərəfindən Cəlilabad RPŞ-nin X3 veridyi yazılı izahatdan görünür ki, Cavabdeh izahatında 2020-ci ilin yay aylarında İddiaçı 3600 (üç min) altı yüz manat borc pul aldığını, həmin borcundan İddiaçı hissə-hissə borcunu qismən qaytardığını, nəticədə 1940 (bir min doqquz yüz qırx) manat borcunun qaldığını, 2023-cü ilin aprel ayından etibarən işləyib borclu qaldığı 1940 (bir min doqquz yüz qırx) manat pulu hissə-hissə qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 5000 (beş min) manat borc pul almış, həmin borcundan bir hissəsini qaytarmış və 2023-cü ilin iyun ayında qalan 2700 (iki min yeddi yüz) manat borca dair qəbz yazaraq iddiaçıya vermişdir. İddiaçı tərəfindən həmin borcdan bir hissəsi cavabdehə güzəşt edilmiş və hazırda iddiaçı cavabdehdən 1940 (bir min doqquz yüz qırx) manat tələb edir. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş qəbzin onun tərəfindən yazılmadığını və imzalanmadığını göstərsə də, məhkəmə cavabdehin həmin izahatını inandırıcı hesab etmir və həmin xüsusatla bağlı cavabdehin izahatını özünü müdafiə kimi qiymətləndirib nəzərə alır. Bundan başqa, cavabdehin Cəlilabad RPŞ-nin X3 veridyi yazılı izahatdan da müəyyən edilir ki, Cavabdeh izahatında 2020-ci ilin yay aylarında İddiaçı 3600 (üç min) altı yüz manat borc pul aldığını, həmin borcundan İddiaçı hissə-hissə borcunu qismən qaytardığını, nəticədə 1940 (bir min doqquz yüz qırx) manat borcunun qaldığını etiraf etmiş və həmin borcunu 2023-cü ilin aprel ayından etibarən işləyib hissə-hissə qaytaracağını göstərmişdir. Bundan başqa, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının ona işləmək təklif etdiyini, bunun müqabilində iddiaçının hər ay ona pul ödədiyini və qalan borcunu zəhmət haqqına hesabladığını göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında həmin xüsustla bağlı iddiaçı verdiyi izahatında cavabdehlə aralarında hər hansı razılaşmanın olmadığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtadək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat pul və 39.60 (otuz doqquz manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar