Məhkəmə qərarları › İş №2(073)-584/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-584/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-584/2023 19.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı X2 Bank Kredit Təşkilatının Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli **********1079 saylı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ kredit (restuktuzasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə ilə imzalanan tarixə 4427 12 (dörd min dörd yüz iyirmi manat on iki qəpik) manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunnun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müvailəsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsaən borclunun 1 il güzəşt müddətində hər ay 3.69 manat, 4 il müddətinə isə hər ay 94.15 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq xx.xx.2019-cu il taixli **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 4427.12 (dörd min dörd yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borcu, 107.22 (bir yüz yeddi manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 4534.34 (dörd min beş yüz otuz dörd manat otuz dörd qəpik) manat borcu vardır. Kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində kredit və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin krdit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüquqnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4427.12 manat əsas borc, 107.22 manat faiz borcu, cəmi 4534.34 (dörd min beş yüz otuz dörd manat otuz dörd qəpik) manat borcun və 65.35 (altmış beş manat otuz beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəmənin hazırlıq iclasında ərizə verərək, Cavabdeh1 vəfat etməsi səbəbindən Cavabdeh2 4427.12 manat əsas borc, 107.22 manat faiz borcu, cəmi 4534.34 (dörd min beş yüz otuz dörd manat otuz dörd qəpik) manat borcun və 65.35 (altmış beş manat otuz beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il taixli, **********1079 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 4427.12 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı təşkilatla aralarında xx.xx.2019-cu il taixli **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini laziımi qaydada yerinəd yetirməmiş və nəticədə hazırkı borc yaranmışdır. Cavabdeh1 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. İddianı tam şəkildə etiraf edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il taixli **********1079 saylı GÜZƏŞTLİ kredit (restuktuzasiya) müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən X3 5 il müddətinə illik 1 faiz olmaqla 4427 12 manat kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il taixli, **********1079 saylı GÜZƏŞTLİ kredit (restuktuzasiya) müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata 4427.12 (dörd min dörd yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borcu, 107.22 (bir yüz yeddi manat iyirmi iki qəpik) manat faiz borcu, cəmi 4534.34 (dörd min beş yüz otuz dörd manat otuz dörd qəpik) manat borcu vardır. İşdə olan Cəlilabad rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 65.35 (altmış beş manat otuz beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 4427.12 manat əsas borc, 107.22 manat faiz borcu, cəmi 4534.34 (dörd min beş yüz otuz dörd manat otuz dörd qəpik) manat borc və 65.35 (altmış beş manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar