Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-589/2023 19.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********2472 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Əlavə hesab edilən ödəniş cədvəli tərtib olunmuş və borclunun hər ay 788 manat, sonuncu ay isə 769 manat olmaqla ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq **********2472 -1232907 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2472 - 873909 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********2472 -81232902 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 8982.42 (səkkiz min doqquz yüz səksən manat qırx iki qəpik) manat əsas borcu, 218 (iki yüz on səkkiz) manat faiz borcu, cəmi 9200.42 (doqquz min iki yüz manat qırx iki qəpik) manat borcu vardır. Kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində kredit və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin krdit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüquqnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəsı heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 8982.42 (səkkiz min doqquz yüz səksən iki manat qırx iki qəpik) manat əsas borc, 218 (iki yüz on səkkiz) manat faiz borcu, cəmi 9200.42 (doqquz min iki yüz manat qırx iki qəpik) manat borcun və 112.01 (bir yüz on iki manat bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, **********2472 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən ona 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilatla aralarında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və hər ay 788 manat, sonuncu ay isə 769 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq **********2472 - 1232907 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2472 -873909 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********2472 -81232902 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Nəticədə kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. İddianı tam şəkildə etiraf edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli **********2472 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Əlavə hesab edilən ödəniş cədvəli tərtib olunmuş və borclunun hər ay 788 manat, sonuncu ay isə 769 manat olmaqla ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq **********2472 -1232907 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2472 -873909 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********2472 -81232902 saylı zaminlik müqaviləsi ilə o (Cavabdeh3) zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh1 maddi imkanı olmadığından kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmş və nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Mövcud borcla razılaşsa da, hazırda borcu ödəmək iqtidarında deyildir. Məhkəmə qətnaməsi qəbul olunacağı və gələcəkdə maddi imkanı olacağı təqdirdə borcu ödəyə bilər. Qeyd olunanların nəzərə alınaraq iddianın ona münasibətdə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********2472 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit verilmişdir. İşdə olan İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********2472 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək hər ay 788 manat, sonuncu ay isə 769 manat ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********2***-******* zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, **********2992 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, *************-******* zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli **********2992 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********2472 -81232902 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli **********2992 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, **********2992 saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata 8982.42 (səkkiz min doqquz yüz səksən iki manat qırx iki qəpik) manat əsas borcu, 218 (iki yüz on səkkiz) manat faiz borcu, cəmi 9200.42 (doqquz min iki yüz manat qırx iki qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 112.01 (bir yüz on iki manat bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, **********2472 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Əlavə hesab edilən ödəniş cədvəli tərtib olunmuş və borclunun hər ay 788 manat, sonuncu ay isə 769 manat olmaqla ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq **********2472 -1232907 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2472 -873909 saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********2472 -81232902 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinə əsasən Zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 8982.42 (səkkiz min doqquz yüz səksən iki manat qırx iki qəpik) manat əsas borcu, 218 (iki yüz on səkkiz) manat faiz borcu, cəmi 9200.42 (doqquz min iki yüz manat qırx iki qəpik) manat borcu yaranmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavadbehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən müəyyən edilir ki, zaminlər xx.xx.2021-ci il tarixli, **********2992 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. Beəliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 112.01 (bir yüz on iki manat bir qəpik) manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçı təşikalata ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8982.42 (səkkiz min doqquz yüz səksən iki manat qırx iki qəpik) manat əsas borc, 218 (iki yüz on səkkiz) manat faiz borcu, cəmi 9200.42 (doqquz min iki yüz manat qırx iki qəpik) manat borc və 112.01 (bir yüz on iki manat bir qəpik) manat dövlət rüsumu alınıb İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-589/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-589/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver