Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-609/2023 09.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11704.03 manat əsas borc, 1552.72 manat faiz borcu, 1351.81 manat cərimə, 1794.63 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16 403.19 manat (on altı min dörd yüz üç manat on doqquz qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 11 704.03 manat əsas, 1552.72 manat faiz, 1351.81 manat cərimə, 1794.63 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16 403.19 (on altı min dörd yüz üç manat on doqquz qəpik) manat kredit borcunun, 40 (qırx) manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən vəsaitin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsinə, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.47 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satşdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı mülafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CAL**********8090000 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6 faiz olmaqla 12500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, ZC-3782 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində 0.47 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54.9 kv. m ümumi sahə, 26.4 kv m yaşayış sahəsi, 28.5 kv m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə İddiaçı ASC-yə 11704.03 manat əsas borcu, 1552.72 manat faiz borcu, 1351.81 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1794.63 manat olmaqla, cəmi 16403.19 manat borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ZC-3782 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 6 faiz olmaqla 12 500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ZC-3782 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, ZC-3782 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində 0.47 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54.9 kv.m ümumi sahə, 26.4 kv.m yaşayış sahəsi, 28.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində 0.47 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54.9 kv.m ümumi sahə, 26.4 kv.m yaşayış sahəsi, 28.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən fərdi yaşayış evi 0.47 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixli, ZC-3782 saylı kredit müqaviləsinin öhdəliyinin təminatı kimi iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixinə 11 704.03 manat əsas borc, 1552.72 manat faiz borcu, 1351.81 manat cərimə, 1794.63 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16 403.19 (on altı min dörd yüz üç manat on doqquz qəpik) manat məbləğində borcu vardır. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çxarışlardan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC müraciətin qəbul olunması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir. İşdə olan müstəqil qiymətləndirici "xxxx"MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində Cavabdeh mülkiyyətində olan 0.47 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54.9 kv.m ümumi, 26.4 kv.m yaşayış, 28.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 25 000 (iyirmi beş min) manat, likvid dəyəri isə 20 000 (iyirmi min) manat təşkil edir. İşdə olan problemli kreditlərin kompenasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borc qismində 11704.03 manat məbləğində müəyyən edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində hazırkı borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 11 704.03 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini, eləcə də, iddia tələbinə etirazlarını və həmçinin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işin qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, mülki işə iddia tələbi həcmində baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11 704.03 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş müstəqil qiymətləndirici "xxxx"MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən müəyyən edili ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin 0.47 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 20000 (iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəə hesab edir ki, idda qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 704.03 manat (on bir min yeddi yüz dörd manat üç qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsümü, 30 (otuz) manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. Tələb ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.47 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı (54.9 kv.m ümumi, 26.4 kv.m yaşayış, 28.5 kv.m yardımçı sahədən ibarət) fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsaitdən Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə olan 11 704.03 manat (on bir min yeddi yüz dörd manat üç qəpik) məbləğində əsas borc, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsümü, 30 (otuz) manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 20000 (iyirmi min) manat müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan borc Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-609/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-609/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver