Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-622/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı əvvəllər tanıdığı, özünü jurnalist kimi təqdim edən Cavabdeh İddiaçı doğum haqqında şəhadətnaməsindəki doğum tarixində düzəliş etdirə biləcəyini bildirərək ondan 2000 manat pul almışdır. Lakin verdiyi vədi yerinə yetirmədiyi üçün İddiaçı Cavabdeh verdiyi 2000 manatı geri qaytarmasını bildirmişdir. Cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirməklə aldığı pul məbləğini iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən İddiaçı Cavabdeh hərəkətləri barədə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət etmiş və iddiaçının müraciəti əsasında həmin bölmənin təhqiqatçısı Vüqar Əliyev tərəfindən araşdırma aparılmış və araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət olunması izah edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun doğma qızıdır. Cavabdeh ilə isə Masallı rayonundan Bakı şəhərinə taksidə qızı İddiaçı ilə birlikdə gedərkən tanış olmuşlar. Söhbət əsnasında qızı İddiaçı doğum tarixində düzəliş elətdirmək istədiyini bildirmiş, Cavabdeh isə tanışları olduğunu və işdə qızı İddiaçı kömək eləyəcəyini bildirmişdir. Sonradan qızı İddiaçı doğum tarixində düzəliş edilməsi üçün əvvəlcə Masallı rayon məhkəməsinə müraciət etmişlər. Lakin Masallı rayon məhkəməsindən sənədləri geri qaytarılmaqla Şirvan İnzibati Məhkəməsinə müraciət edilməsi izah edilmişdir. Bundan sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər, həmin məhkəmədə işə baxılmış və rədd qərarı verilmişdir. Həmin işin düzəlməsi üçün Cavabdeh qızı İddiaçı 2000 manat almışdır. İşin düzəlmədiyini gördükdən sonra onlar Cavabdeh verdikləri pulu geri qaytarmasını tələb etmişlər, Cavabdeh da pulu işi düzəltmək istəyən adama verdiyini, ondan alıb qaytaracağını bildirmişdir. Sonradan Cavabdeh həmin pul məbləğindən 900 manatını poçt vasitəsi ilə qaytarmış, lakin 1100 manatı isə Cavabdeh qalmışdır. İş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Binəqədi RPİ-nin 5-ci PB-də verdiyi ifadəsində göstərtmişdir ki, o, İddiaçı ilə 2019-cu ildə Masallı rayonundan Bakı şəhərinə taksidə birlikdə gedərkən tanış olmuşlar. Aralarında olan söhbət əsnasında İddiaçı doğum haqqında şəhadətnaməsində doğum tarixinin səhv yazıldığını və doğum tarixinə düzəliş edilməsinin vacibliyini bildirmişdir. O, da İddiaçı doğum tarixinə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsini bildirmişdir. İddiaçı isə atasının Rusiya Federasiyasında olduğunu, anasının və özünün isə elə işlərdən anlamadıqlarını bildirmişdir. Sonradan onlar görüşmüşlər və İddiaçı doğum haqqında şəhadətnaməsinə düzəliş edilməsi ilə bağlı vəkil vasitəsi ilə Masallı rayon məhkəməsinə müraciət etmişlər. Lakin Masallı rayon məhkəməsindən sənədləri geri qaytarılmaqla Şirvan İnzibati məhkəməsinə müraciət edilməsi izah edilmişdir. Bundan sonra olar Şirvan İnzibati məhkəməsinə müraciət etmişlər və həmin məhkəmədə işə baxılarkən məhkəməyə təqdim edilmiş sənədlərin ilkin sənədlərin və şahidlərin vacibliyi bildirilmişdir. İddiaçı və anası Çimnaz Əliyeva həmin vaxt şahidlərinin olmasını bildirsələr də sonradan şahid tapa bilməmişlər. Həmin işlərin görülməsi üçün İddiaçı ona hissə-hissə ümumilikdə 2080 manat pul vermiş, o, da həmin pul vəsaitini vəkilə və onların gediş gəlişlərinə xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı 1989-cu il doğumlu olması doğru deyildir. O, bu barədə onlara məlumat vermiş və bu işin düzəlməyəcəyini bildirmişdir. Bundan sonra İddiaçı ona verdiyi pulları geri istəmiş və o, da həmin məbləğdən əvvəlcə 500 manat, sonra isə 400 manat olmaqla ümumilikdə 900 manat məbləğini poşt vasitəsi ilə İddiaçı göndərmişdir. Lakin 5 ay müddətində qədər İddiaçı həmin pulu çəkmədiyi üçün pul poçt tərəfindən özünə qaytarılmışdır. Sonra o, İddiaçı bildirmişdir ki, baxmayaraq ki, həmin pullar vəkilə və gedişgəlişə xərclənib, lakin pulun qalanını da verəcəkdir. Çünki İddiaçı ona bildirmişdir ki, həmin pulları faizə götürmüş və bu səbəbdən də pularını qəpiyinə kimi qaytarmalıdır. Hazırda onun İddiaçı 1180 manat borcu qalmış, həmin borcunu qaytaracağını İddiaçı bildirmişdir. O, İddiaçı poçtdan pulu çıxarması barədə onlara zəng vurub demək istəmiş, lakin onlar telefon zənglərinə cavab verməmişlər. O, həmin vaxt Türkiyə Respublikasına getmiş və 10 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün qalan borcunu geri qaytara bilmir, ancaq yaxın vaxtlarda qalan pulu qaytaracaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2019-cu ildə ayrı-ayrı vaxtlarda İddiaçı onun doğum tarixində düzəliş etmək adı ila 2000 manat pul pul almışdır. Lakin sonradan Cavabdeh İddiaçı aldığı 2000 manat pul vəsaitindən hissə-hissə olmaqla ümumilikdə 900 manatını qaytarmış, lakin hazırki vaxta qədər cavabdeh iddiaçıya qaldığı 1100 manat pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı doğum tarixində düzəliş etmək adı ilə 2080 manat pul əldə edərək özündə saxlamaqla əsassız varlanmıq istəmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbində qismən haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 1100 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat və 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-622/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-622/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver