Məhkəmə qərarları › İş №2(073)-639/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-639/2024

05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-639/2024 05.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona (iddiaçıya) dəymiş 4900 (dörd min doqquz yüz) manat dəyərində zərərin və 69 (altmış doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X3 iddianın müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus olan **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Opel Astra” markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində saat təxminən axşam 12 radələrində hərəkətdə olan zaman qarşısına bir rəst at çıxmış, iddiaçı hadisədən yayınmağa çalışsa da məsafə çox yaxın olduğundan hadisədən yayına bilməmiş və atı vurmuşdur. Hadisə nəticəsində iddiaçı heç bir xəsarət almasa da, avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma zamanı hadisənin cavabdehin təqsiri ucbatından törədilməsi müəyyən edilmiş, bu barədə protokol tərtib edilmiiş və cavbdehin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində iddiaçıya 4900 (dörd min doqquz yüz) manat maddi zərər dəymişdir. İddiaçı dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X4 mülkiyyətində olan «Opel Astra minik» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqdan idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verməklə xx.xx.2024-cü il tarixədək İddiaçı etibar etmişdir. İşdə olan Cəlilabad RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-798 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Əyyub oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı, «Opel Astra» markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində təxminən saat 23 radələrində hərəkətdə olan zaman bir rəst at onun yoluna çıxmış və YNH baş vermişdir. Nəticədə at heyvanı hadisə yerində ölmüş, İddiaçı məxsus avtomobilə ziyan dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan «AvtoServis» T.X.S tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1720 saylı arayışdan görünür ki, **-GO-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 4900 manat təşkil edir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 69 (altmış doqquz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı etibarnamə əsasında idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobili ilə Cəlilabad rayonu Maşlıq kəndi ərazisində hərəkətdə olan zaman qarşısına bir rəst at çıxmış, iddiaçı hadisədən yayınmağa çalışsa da hadisədən yayına bilməmiş və atı vurmuşdur. Hadisə nəticəsində iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış, Cəlilabad RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, atın sahibi Cavabdeh Əyyub oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Cəlilabad RPŞ-nin DYPB-ə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə 4900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən həmin ziyan ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü il tarixli «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə «real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ» mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin göstərməsinə görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» (Burdov Rusiya Federasiyası qarşı və «Yunanıstan neftayırma zavodu» Strən və X1rşı» işlər) Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 4900 (dörd min doqquz yüz) manat pul və 69 (altmış doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar