Məhkəmə qərarları › İş №2(073)-650/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-650/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-650/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ogluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borc və 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit kartına dair müqaviləyə əsasən 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat borcun və ödənilmiş 98,71 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6957 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsinə əsasən 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borcu, 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit kartına dair müqaviləyə əsasən 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də İddiaçı ASC Cavabdeh 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borc və 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit kartına dair müqaviləyə əsasən 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat borcun və ödənilmiş 98,71 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsindən və həmin müqaviləyə dair razılıq ərizəsindən görünür ki, illik 25 faiz olmaqla, 36 ay müddətində kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 300 manat müəyyən olunmuşdur. İşdə olan 04 mart 2021-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh oglu 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 300 manat vəsaitini İddiaçı Açıq Səhmdar Cəmiyyətindən **********053173 PAN nömrəli plastik kartı qəbul etməklə almışdır. İşdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsindən və həmin müqaviləyə dair razılıq ərizəsindən görünür ki, illik 24 faiz olmaqla, 48 ay müddətində kredit xəttindən istifadə edilə biləcək məbləğ Bank tərəfindən 6957 manat müəyyən olunmuşdur. İşdə olan 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər ay 226,81 manat, sonuncu ay isə 233,35 manat ödəməklə iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə, 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borcu və 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit xətti müqaviləsi üzrə 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 98,71 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6957 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsinə əsasən 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borcu, 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit kartına dair müqaviləyə əsasən 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmiş, bununla da cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı Banka borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsinə əsasən 296,45 manat əsas borc, 89,03 manat faiz borcu olmaqla, cəmi 385,48 manat və 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə 6500.08 manat əsas borc, 985,25 manat faiz borcu olmqla, cəmi 7485,33 manat borc məbləği alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 98,71 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 04 mart 2021-ci il tarixli, BRED3451072A162 saylı kredit müqaviləsi üzrə 296,45 (iki yüz doxsan altı manat qırx beş qəpik) manat əsas borc, 89,03 (səksən doqquz manat üç qəpik) manat faiz borcu olmaqla, cəmi 385,48 (üç yüz səksən beş manat qırx səkkiz qəpik) manat, 18 noyabr 2021-ci il tarixli, GTKR4416398A299 saylı kredit müqaviləsi üzrə 6500.08 (altı min beş yüz manat səkkiz qəpik) manat əsas borc, 985,25 (doqquz yüz səksən beş manat iyirmi beş qəpik) manat faiz borcu olmqla, cəmi 7485,33 (yeddi min dörd yüz səksən beş manat otuz üç qəpik) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98,71 (doxsan səkkiz manat yetmiş bir qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar