Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-654/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-in xeyrinə xx.xx.2019-cu il tarixli, LC********** saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 7252.62 (yeddi min iki yüz əlli iki dollar altmış iki sent) ABŞ dolları borcun və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsi tərtib olunan zaman yalnışlığa yol verilərək cavabdehin yalnız 5374********6857 nömrəli kartının qeyd edildiyini, bundan əlavə Cavabdeh 5374********3506 nömrəli kartının mövcud olduğunu, əməliyyatların hər iki kart vasitəsilə aparıldığını göstərərək, Cavabdeh İddiaçı QSC-in xeyrinə overdraft nəticəsində yaranmış 7252.62 (yeddi min iki yüz əlli iki dollar altmış iki sent) ABŞ dolları borcun və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LC********** saylı müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh “X7” növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2019-cu il tarixində 5374********6857 nömrəli kart cavabdehə təhvil verilmişdir. Bundan başqa, cavabdehə həm də 5374********3506 nömrəli kart da verilmişdir. 2022-ci ilin fevral ayından etibarən kart (kartlar) vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 7252.62 (yeddi min iki yüz əlli iki dollar altmış iki sent) ABŞ dolları təşkil edir. Cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən, Texniki (icaza verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razışalma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, Overdraft nəticəsində borc yarandıqda Bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-cu bəndinə əsasən, Overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş mnüddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank müştəriyə illik 25% dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinfə edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində ifadə ediləcək MCC (“X4”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb-edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5, 169.1 və 169.3-cü maddələri ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. Hazırki mülki iş üzrə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, 26.01,2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Cavabdeh tərəfindən 7322.52 ABŞ dolları məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparılmışdır. Hesabdan çıxarışdan da göründüyü kimi əməliyyatın təyinatı “ETORO”, “eToro EU LTD”, “AFİ*HOTSPOT SHİELD-USD”. “helppay”, "BOLT-EU” olmuşdur. “ETORO", “eToro EU LTD", *'AFİ*HOTSPOT SHİELD-USD" vergilərin ödənişlərinə cəlb olunan xidmətlər siyahısında 6211 MCC kodla Broker xidmətlərinə aid edilmişdir, “helppay” vergilərin ödənişlərinə cəlb olunan xidmətlər siyahısında 5734 MCC kodla Komputerlər üçün proqram təminatı xidmətlərinə aid edilmişdir, “BOLT-EU” vergilərin ödənişlərinə cəlb olunan xidmətlər siyahısında 4121 MCC kodla nəqliyyat xidmətlərinə aid edilmişdir və siyahıdan da görünür ki, həmin xidmətlər ödəniş üzrə 18 % ƏDV-yə cəlb olunur. Yuxarıda qeyd olunan cəmi 40686.83 ABŞ dolları məbləğində əməliyyata görə tutulmalı olan verginin məbləği 7323.63 ABŞ dolları (12450.17 AZN) məbləğində olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdehin kartında 71.01 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2021-ci il tarixində 7323.63 ABS dolları, (12450.17 AZN) məbləğində vergi borcunun 71.01 ABŞ dolları cavabdehin kartda olan vəsaiti hesabına, 7252.62 ABŞ dolları məbləği isə kart hesabında pul olmadığına görə xx.xx.2019-cu il tarixli kart hesabının açılmasına dair müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı QSC tərəfindən ödənilmişdir. Bu səbəbdən hazırda 7252.62 ABŞ dolları məbləğində borc məbləğinin Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması məhkəmə qaydasında tələb olunur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən ərizə əsasında “X7” növlü kart götürmüşdür. “X7” növlü kartlara yalnız daxil edilən məbləği xərcləmək mümkündür. Həmin kartın tranzaksiya tarixçəsinə baxıldığında görmək olar ki, o (cavabdeh) mədaxil etdiyi məbləği istifadə etmiş, hətta mədaxil etdiyi məbləğdən daha az istifadə etmişdir. Geridə qalan 70 ABŞ dolları civarında məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti onun icazəsi olmadan istifadə etmişdir. 2021-ci llin ortalarından etibarən o iddiaçı Bankın heç bir kartından istifadə etməmiş və 2022-ci ilin fevral ayında ona məxsus “X7” növlü kartdan yenə ondan icazəsiz və xəbərsiz Bank tərəfindən naməlum tranzaksiyalar aparılmışdır. İddiaçı QSC-in 2022-ci ilin dekabr ayında ona (cabadehə) göndərdiyi borc məktubundan sonra Bankın kargüzarlıq şöbəsinə borcun nəyə əsasən iddia olunmasını hüquqi əsaslandırılmasını tələb etdiyinə dair məktub təqdim etmişdir. Lakin cavab olaraq Bank əməkdaşı ona zəng edib heç bir hüquqi cavab verilməyəcəyini və məhkəməyə veriləcəyini bildirmişdir. İstifadə etdiyi vəsait tamamən mədaxil etdiyi vəsaitdir və Bankın ondan xəbərsiz və icazəsiz etdiyi əməliyyatlara görə o cavabdehlik daşımır. Onun tərəfindən heç bir texniki overdrafta yol verilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, LC********** saylı ərizədən görünür ki, Cavabdeh iddiaçı bankdan istifadə müddəti xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan “X7” növlü kart almışdır. İşdə olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək Cavabdeh məxsus “X7” növlü kartdan 53062.92 ABŞ dolları mədaxil, 60315.54 ABŞ dolları məxaric əməliyyatları aparılmış və yekun balans - (mənfi) 7252.62 ABŞ dolları təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LC********** saylı ərizə üzrə 7252.62 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı Bank tərəfindən 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LC********** saylı müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh “X7” növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2019-cu il tarixində 5374********6857 nömrəli kart cavabdehə təhvil verilmişdir. Bundan başqa, cavabdehə həm də 5374********3506 nömrəli kart da verilmişdir. 2022-ci ilin fevral ayından etibarən kart (kartlar) vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 7252.62 (yeddi min iki yüz əlli iki dollar altmış iki sent) ABŞ dolları təşkil edir. Cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məbləğin ödənilməsindən yayınmışdır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh overdraft nəticəsində yaranmış 7252.62 (yeddi min iki yüz əlli iki dollar altmış iki sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-654/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-654/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver