Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-689/2024 19.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 (üç min dörd yüz) manat pulun və 54 (əlli dörd) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı orlu iddianın mğdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Maєlgq kəndində yaєaygr. Cavabdeh orlu ilə həmkəndlisidir. Cəlilabad rayonunun Maєlgq kəndində yerləşən üzğnə məxsus torpaq sahəsində kartof əkib-becərir və həmin kartof məhsulu satır. 2023-cğ ilin may aygnda həmkəndlisi Cavabdeh orlu ondan (iddiaçıdan) 3400 (üç min dörd yüz) manat dəyərində kartof almış, dəyərini nəğd şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin kartofu aldıqdan sonra pulunu ödəməmişdir. Cavabdehdən aldığı kartofun dəyərini ödəməsini tələb etsə də, cavabdeh ondan bir neçə gün gözləməsini xahiş etmiş, lakin sonradan müxtəlif bəhanələrlə bundan yayınmışdır. Buna görə məcbur qalaraq Cəlilabad rayon Polis Єübəsinə mğraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və aralarında olan mübahisə mülki xarakterli olduğundn cinayət işinin başlanması rədd edilərək, ona (iddiaçıya) məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh orlu iddianın etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Maєlgq kəndində yaşayır və iddiaçı ilə həmkəndlidirlər. İddiaçı ilə münasibətləri normal olmuşdur. O iddiaçıdan kartof almamışdır. Belə ki, İddiaçı orlu kartofu ona deyil, İmişli rayon sakini X1. O (cavabdeh) özü də həmin şəxsə kartof satmış, lakin pulunu ala bilməmişdir. İddiaçı əsassız olaraq ondan (cavabdehdən) pul tələb edir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılmış və materialda cinayət hadisə olmadığından cinayət işinin başlanması rədd edilərək, iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh araşdırma zamanı verdiyi izahatında İddiaçı 3400 (üç min dörd yüz) manat dəyərində kartofu nisyə aldığını, həmin kartofun dəyərini 10-15 günə kartofu satdıqdan sonra ödəyəcəyini, həmin kartof məhsulunu və özünə məxsus kartof məhsulunu İmişli rayon sakini Pərviz Allahverdiyevə göndərdiyini, Pərviz pulu ödəmədiyindən Vasifin yanında yalançı olduğunu və Vasifə olan 3400 (üç min dörd yüz) manat borcunu yaxın günlərdə ödəyəcəyini göstərmişdir. Məhkəmə iclasında iddaçı tərəfindən təqdim edilmiş səs yazısı dinlənilən zaman tərəflər arasında borca dair danışıqların olduğu müəyyən edilmiş və Cavabdeh verdiyi məhsulun dəyərini ala bilmədiyini göstərmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 54 (əlli dörd) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin may ayında iddiaçıdan 3400 (üç min dörd yüz) manat dəyərində kartof almış, aldığı məhsulun dəyərini nəğd şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin məhsulun dəyərini ödəməmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh aldığı məhsulun dəyərini ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə cavabdehin iddiaçıdan kartof məhsulu almaması və iddiaçının kartof məhsulunu ona (cavabdehə) deyil, Pərviz Allahverdiyevə satması ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Həmin xüsusat, yəni cavabdehin iddiaçıdan kartof məhsulu alması və dəyərini ödəməməsi Cəlilabad RPŞ-də araşdırma aparılan zaman cavabdehin verdiyi etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında dinlənilmiş tərəflər arasında olan səs yazısı ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən analırıq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat pul və 54 (əlli dörd) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-689/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-689/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver