Məhkəmə qərarları › İş №2(073)-690/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-690/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-690/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 964,85 manat əsas borcu, 19,91 manat faiz borcu, 2,85 manat cərimə borcu olmaqla, cəmi 987,61 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 964,85 manat əsas borc, faiz borcu üzrə 18,81 manat, cərimə üzrə 2,85 manat olmaqla, cəmi 986,51 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşı İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 964,85 manat əsas borc, faiz borcu üzrə 19,91 manat, cərimə üzrə 2,85 manat olmaqla, cəmi 987,61 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinə əsasən illik 1 faiz dərəcəsi ilə, 12 ay güzəşt müddədti olmaqla, 60 ay müddətinə 1070,72 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 2923,86 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 1 faiz dərəcəsi ilə, 12 ay güzəşt müddədti olmaqla, 60 ay müddətinə 1070,72 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 1103,40 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 12 sentyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 1070,72 manat məbləğində krediti 12 sentyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Cəlilabad filialından almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. İşdə olan 30 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsi üzrə 30 mart 2023-cü il tarixə 964,85 manat əsas borcu, 19,91 manat faiz borcu, 2,85 manat cərimə borcu olmaqla, cəmi 987,61 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinə əsasən illik 1 faiz dərəcəsi ilə, 12 ay güzəşt müddədti olmaqla, 60 ay müddətinə 2837,23 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 2923,86 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Belə ki, Cavabdeh ödənilməmiş 964,85 manat əsas borcu, 19,91 manat faiz borcu, 2,85 manat cərimə borcu olmaqla, cəmi 987,61 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, tərəflər arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsi üzrə 964,85 manat əsas borcu, 19,91 manat faiz borcu, 2,85 manat cərimə borcu olmaqla, cəmi 987,61 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilsin. Cavabdeh 12 sentyabr 2019-cu il tarixli, GK-İK-1737/19 saylı kredit müqaviləsi üzrə 964,85 (doqquz yüz altmış dörd manat səksən beş qəpik) manat əsas, 19,91 (on doqquz manat doxsan bir qəpik) manat faiz borcu, 2,85 (iki manat səksən beş qəpik) manat cərimə olmaqla, cəmi 987,61 (doqquz yüz səksən yeddi manat altmış bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar