Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-7/2025 20.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh3, İlk iddia üzrə Cavabdeh1 hüquqi varisi X5 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X3 qarşı kredit borcunun tutulması, qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, Cavabdeh1 və Cavabdeh2 Şəfəqət oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının ona aid hissədə rədd edilməsi və İddiaçı ASC ilə aralarında bağlanmış 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi tələblərinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şəfaqət oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284.49 manat olmaqla, cəmi 4290.64 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, Cavabdeh1 və Cavabdeh2 Şəfəqət oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının ona aid hissədə rədd edilməsi və İddiaçı ASC ilə aralarında bağlanmış 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(073)-7/2025 saylı qərardadı ilə, X8 vəfat etmiş Cavabdeh1 və X6 vəfat etmiş Cavabdeh2 Şəfaqət oğlunun prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 2600 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 Şəfəqət oğlu və Cavabdeh3 arasında 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlər kreditin qaytarılmasında cavabdehlə birgə məsuliyyət daşımışlar. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Nəticədə Cavabdeh1 iddiaçı banka 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 284.49 manat kredit borcunun olmaqla, cəmi 4290.64 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Lakin sonradan cavabdehlər Cavabdeh1 27 oktyabr 2020-ci il tarixdə, Cavabdeh2 Şəfəqət oğlu isə 09 fevral 2021-ci il tarixdə vəfat etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 hüquqi varisi X4 və Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X1 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284.49 manat olmaqla, cəmi 4290.64 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi X8 iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ASC ilə mərhum atası Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 2600 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 Şəfəqət oğlu və Cavabdeh3 arasında 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin sonradan mərhum atası Cavabdeh1 27 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən, yəni əsas borc hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh3 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən mərhum Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 2600 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 Şəfəqət oğlu və onun arasında 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borcunu ödəməkdən yayınmışdır. Lakin sonradan mərhum atası Cavabdeh1 27 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. O, özü ailəsini dolandırmaqda çətinlik çəkir və tələbə uşaqlarının təminatını ödəyə bilmir. Həmçinin bank iddia müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilərək zaminlik öhdəliyinə xitam verilməsini, ilk iddianın isə ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 2600 manat kredit verilmişdir. İşdə olan 18 noyabr 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 oglu 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 2600 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından qəbul etmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 Şəfaqət oğlu və Cavabdeh3 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 Şəfaqət oğlu və Cavabdeh3 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 2116.88 manat əsas borcu, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 284.49 manat kredit borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzində görünür ki, ilk iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli, 4093 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödənilmək şərti ilə 2600 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 Şəfəqət oğlu və Cavabdeh3 arasında 18 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlər kreditin qaytarılmasında cavabdehlə birgə məsuliyyət daşımışlar. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Nəticədə Cavabdeh1 iddiaçı banka 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 284.49 manat kredit borcunun olmaqla, cəmi 4290.64 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar.Cavabdehlər Cavabdeh1 27 oktyabr 2020-ci il tarixdə, Cavabdeh2 Şəfəqət oğlu isə 09 fevral 2021-ci il tarixdə vəfat etmişlər, X8 vəfat etmiş Cavabdeh1 və X6 vəfat etmiş Cavabdeh2 Şəfaqət oğlunun prosessual hüquqi varisləri kimi işə cəlb edilmişlər. Nəticədə Cavabdeh1 hüquqi varisi X5 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 414.36 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284.49 manat olmaqla, cəmi 4290.64 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında olan kredit və zaminlik müqavilələri 18 noyabr 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış və iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 14 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X1 tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 414.36 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda iddianın cavabdeh Lalə Rzayevadan tələb olunan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 284.49 manat kredit borcun tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 284.49 manat kredit borcunun kredit müqaviləsinin tələbləri əsasında yaranması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı mülki iş materiallarında hər hansı bir sübut növü məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə Cavabdeh1 hüquqi varisi X4 2116.88 manat əsas borc, 1474.91 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 3691,79 manat borc alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh2 Şəfaqət oğlunun zaminliyinə xitam verilməli və hüquqi varisi X3 qarşı iddia təmin edilməməlidir. İlk iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ilk iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh1 hüquqi varisi X4 alınaraq ilk iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh1 hüquqi varisi X4 2116.88 (iki min bir yüz on altı manat səksən səkkiz qəpik) manat əsas borc, 1474.91 (bir min yeddi yüz yetmiş dörd manat doxsan bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 3691,79 (üç min altı yüz doxsan bir manat yetmiş doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsmu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İlk iddia üzrə Cavabdeh2 Şəfaqət oğlunun hüquqi varisi X3 qarşı iddia təmin edilməsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 zaminliyinə xitam verilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-7/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-7/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver