Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-701/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 52000 (əlli iki min) manat pulun və 246.40 (iki yüz qırx altı manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 06 may 2023-cü ildən tanımışdır. Cavabdeh 07 may 2023-cü ildə onun əkibbecərdiyi kartof məhsulu ilə tanış olmuşdur. Cavabdehlə razılığa gəldikdən sonra 07 may 2023-cü il tarixdən başlayaraq bir neçə gün ərzində cavabdehə 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan olmaqla 52 000 (əlli iki min) manat dəyərində 130 ton kartof satmışdır. Aralarında olan razılığa görə cavabdeh ondan kartof aldıqca 3-4 gün sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, həmin kartofun qablaşdırılması üçün cavabdeh ondan (iddiaçıdan) nisyə olaraq 4000 (dörd min) manat dəyərində kartof kisəsi almışdır. Cavabdehin ümimilikdə ona həmin alverə görə 56 000 (əlli altı min) manat borcu yaranmış və Cavabdeh həmin borcundan kisələrin pulunu, yəni 4 000 (dörd min) manatını ona (iddiaçıya) ödəmişdir. Cavabdeh qalan 52 000 (əlli iki min) manat pulu ödəmədiyinə görə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma zamanı cavabdeh ona (iddiaçıya) 11 300 (on bir min üç yüz) manat borcunun olduğunu etiraf etmişdir. Halbuki, cavabdehin ona 52 000 (əlli iki min) manat borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçını 2023-cü ilin may ayında kartof alqı-satqısı ilə əlaqədar tanımışdır. Aralarında olan razılaşmaya əsasən iddiaçı ona bir neçə gün ərzində 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan olmaqla 130 ton kartof məhsulu toplayıb vermişdir. Bunun müqabilində o (cavabdeh) ididaçıya hər maşına görə 300 (üç yüz) manat ödəmişdir. İddiaçıdan nisyə aldığı kartof məhsulu həm iddiaçıya, həm də başqa şəxslərə məxsus olmuşdur. İddiaçının toplayıb ona verdiyi kartof məhsulunun dərəyinin əsas hissəsini ödəmiş və iddiaçıya həmin alverə görə 11 300 (on bir min üç yüz) manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Bədirli kəndində yaşayır və iddiaçını tanıyır. Cavabdehi isə Bədirli kəndinə gəlib kartof alan vaxtdan tanımışdır. Cavabdeh onun yanında İddiaçı bir neçə gün ərzində 5-6 maşın kartof almış və həmin maşınların hər birinin tutumu 22-23 ton olmuşdur. Cavabdeh iddiaçıdan kartofun 1 kiloqramını 0.40 (qırx qəpik) manata və ya 0.45 (qırx beş qəpik) manata almışdır. Ümumilikdə iddiaçı cavabdehdən 130 ton kartof almış, lakin aldığı kartofun dəyərini ödəməmişdir. Səhv etmirsə cavabdehin həmin alverə görə iddiaçıya 52000 (əlli iki min) manat borcu qalmışdır. Hazırda da, cavabdehin iddiaçıya həmin məbləğdə borcu qalmaqdadır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Bədirli kəndində yaşayır və iddiaçı onun xalasının nəvəsidir. Cavabdehi də kartof məhsulunun alqı-satqısı ilə əlaqədar tanımışdır. Cavabdeh onun (şahidin) yanında iddiaçıdan bir neçə dəfə kartof almışdır. Cavabdeh iddiaçıdan ümumilikdə 52000 (əlli iki min) manat dəyərində 130 ton kartof almışdır. Cavabdeh aldığı kartofun dəyərini bir neçə gün sonra ödəyəcəyini bildirsə də, məhsulun dəyərini ödəməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Bədirli kəndində yaşayır. İddiaçı ilə həmkəndli və qonşudurlar. Cavabdeh 06 may 2023-cü ildə İddiaçı kartof alqı-satqısı ilə əlaqədar danışıqları vaxt tanımışdır. O (şahid) İddiaçı məxsus kartof məhsulunun torpaq sahəsindən çıxarılmasında və cavabdehin gətirdiyi maşınlara yüklənməsində fəhlə kimi işləmişdir. Cavabdeh iddiaçıdan bir neçə gün ərzində onun yanında 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan 130 ton kartof almışdır. Cavabdeh iddiaçıdan 6-7 maşın kartof almış və hər maşının tutumu 20-22 ton olmuşdur. Lakin cavabdeh iddiaçıdan aldığı kartofun dəyərini ödəməmişdir. Cavabdehin həmin alverə görə iddiaçıya 52 000 (əlli iki min) manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndlidirlər. Cavabdeh isə İddiaçı kartof alan zaman tanımışdır. Cavabdeh bir neçə dəfəyə onun yanında iddiaçıdan 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan olmaqla 130 ton kartof almış və həmin kartofun yüklənməsində o (şahid) fəhlə kimi iştirak etmişdir. Cavabdehin həmin alverə görə iddiaçıya 52000 (əlli iki min) manat borcu yaranmışdır. Həmin borcun cavabdeh tərəfindən iddiaçıya ödənilibödənilməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında ididaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Bədirli kəndində yaşayır və iddiaçı ilə qohumluq əlaqələri vardır. Cavabdeh bir neçə dəfəyə onun yanında iddiaçıdan 1 kiloqramı 0.40 (qırx qəpik) manat və ya 0.50 (əlli qəpik) manatdan olmaqla 130 ton kartof almış və o (şahid) həmin kartofun çıxarılmasında iştirak etmişdir. Cavabdehin həmin alverə görə iddiaçıya 50 000 (əlli min) manatdan çox borcu yaranmışdır. Həmin borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında 2023-cü ilin may ayından Kasif Kazımovdan nisyə kartof məhsulu aldığını, həmin məhsula görə İddiaçı yaranmış 52 000 (əlli iki min) manat borcdan hissə-hissə 40700 (qırx min yeddi yüz) manat ödədiyini, 11 300 (on bir min üç yüz) manat borcunun qaldığını və həmin borcunu ödəyəcəyini göstərmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı verdiyi izahatında kartof alqı-satqısına görə Cavabdeh ona (iddiaçıya) 11300 (on bir min üç yüz) manat borcunun qaldığını göstərmişdir. Həmin xüsusatla bağlı İddiaçı verdiyi izahatında dayısı Aydın Kazımovun cavabdehdən tələb etdiyi həmin pulun Aydın Kazımova aidiyyətinin olmadığını, 11300 (on bir min üç yüz) manat pulun cavabdehdən tələb etdiyi 52000 (əlli iki min) manat borcun bir hissəsi olduğunu göstərmişdir. X15 cavabdehdən 11300 (on bir min üç yüz) manat tələb etdiyinə görə o da Polis Şöbəsində izahat verərəkən Cavabdeh həmin pulun ona (iddiaçıya) borclu olduğunu və həmin məbləğin ümumi borc, yəni 52 000 (əlli iki min) manata daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş səs yazıları dinlənilərkən tərəflər arasında borcla bağlı danışıqların olduğu və iddiaçının cavabdehdən 52 000 (əlli iki min) manat tələb etdiyi müəyyən edilmişdir. Həmin səs yazısından cavabdehin iddiaçının tələb etdiyi 52 000 (əlli iki min) manat borcun məbləğinin mübahisələndirildiyi müəyyən edilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları dinlənilərkən tərəflər arasında borcla bağlı danışıqların olduğu müəyyən edilmiş və cavabdeh danışığında 11300 (on bir min üz yüz) manat pulu Aydın Kazımova deyil, hazırkı iş üzrə İddiaçı borclu olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin may ayında iddiaçıdan nisyə kartof almış və iddiaçıya 52 000 (əlli iki min) manat borcu yaranmışdır. Lakin cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı nisyə kartofun dəyərinin əsas hissəsini ödədiyini və cavabdehə 11300 (on bir min üç yüz) manat borcunun qaldığını göstərsə də, həmin zalı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən iddiaçıya olan 52000 (əlli iki min) manat borcun qaytarıldığı müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 52 000 (əlli iki min) manat pul, 246 (iki yüz qırx altı) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-701/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-701/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver