Məhkəmə qərarları › İş №2(073)-715/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-715/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-715/2025 03.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 680-AKU-0683-23 saylı kredit müqaviləsinə əsasən 681.25 manat əsas borcu, 192.57 manat faiz borcu və 102.19 manat cərimə borcu olmaqla, cəmi 976.01 manat borcun və 30.40 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 680-AKU-0683-23 saylı kredit müqaviləsinə əsasən 681.25 manat əsas borcu, 192.57 manat faiz borcu və 102.19 manat cərimə borcu olmaqla, cəmi 976.01 manat borcun və 30.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, BOKT "xxxx" MMC-nin Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 680-AKU-0683-23 saylı kredit xətti müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşma imzalanmış xx.xx.2023-cü il tarixli, 680-AKU-0683- 23 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, 800 manat kredit verilmişdir. Lakin, cavabdeh kassadan məxaric etdiyi məbləği və məbləğin çıxarılmasına görə nəzərdə tutulmuş komisyon haqlarını banka ödəməkdən yayınmış, beləliklə də 681.25 manat əsas borcu, 192.57 manat faiz borcu və 102.19 manat cərimə borcu olmaqla, cəmi 976.01 manat borcun və 30.40 manat manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 680-AKU-0683-23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 12 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. İşdə olan Hökümət ödəniş portalından olan ********** saylı qəbzdən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 30.40 manat dövlət rüsumu ödəmişdir. İşdə olan BOKT "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh iddiaçı təşkilata 681.25 manat əsas borcu, 192.57 manat faiz borcu və 102.19 manat cərimə borcu olmaqla, cəmi 976.01 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququvardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 442.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edirki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cımaddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 681.25 manat əsas borcu, 192.57 manat faiz borcu və 102.19 manat cərimə borcu olmaqla, cəmi 976.01 manat əsas borcun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar