Məhkəmə qərarları › İş №2(073)-726/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-726/2023

25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-726/2023 25.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 1405 (bir min dörd yüz beş) manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyanın əvəzi qismində 1405 (bir min dörd yüz beş) manat pulun və 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı avtomobili etibarnamə əsasında idarə etmək üçün oğlu X3 vermişdir. Rüstəm Əsədli xx.xx.2022-ci il tarixdə saat 20:46-da etibarnamə əsasında idarə etdiyi ona (iddiaçıya) məxsus **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospekti ilə Uzuntəpə istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobili işıqforun qırmızı işığına məhəl qoymadan keçmiş və ona (iddiaçıya) məxsus **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpmış və hadisə nəticəsində həmin avtomobiə ziyan dəymişdir. «Avtoservis Xidməti» nin ziyan aktına əsasən avtomabilə dəymiş ziyanın məbləği 3000 (üç min) manat müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Cəlilabad RPŞ-in DYPB-nin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Bundan sonra Cavabdeh idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, «VAZ- 2106» markalı avtomobilin sığortaçısı, yəni sığorta şirkəti tərəfindən dəymiş ziyanın bir qismi, 1595 (bir min beş yüz doxsan beş) manat məbləğində ödəniş edilmiş, 1405 (bir min dörd yüz beş) manat isə qalmışdır. Dəymiş zərəri ödəməsi barədə cavabdehə xərdarlıqlar edilsə də, cavabdeh dəymiş zərəri ödəməmişdir və buna görə də o (iddiaçı) məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:46-da X4 (iddiaçıya) məxsus **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospekti ilə Uzuntəpə istiqamətində hərəkətdə olan zaman onun (iddiaçının) idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobil ilə **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuş və hadisə nəticəsində hər iki avtomobilə ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Cəlilabad RPŞ-in DYPB-nin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmiş və o (cavabdeh) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş ziyan sığorta şirkəti tərəfindən 2 180 (iki min bir yüz səksən) manat məbləğində müəyyən edilmişdir. Həmin puldan sığorta şirkəti tərəfindən iddiaçıya 1595 (bir min beş yüz doxsan beş) manat ödənilmişdir. Qalan 585 (beş yüz səksən beş) manatı iddiaçıya ödəməkdən imtina etmir, lakin iddiaçı onunla (cavabdehlə) razılaşmır. Buna görə də o (cavabdeh) iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh «VAZ-2106» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İşdə olan «Avtoservis Xidməti» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktının surətindən görünür ki, İddiaçı məxsus olan **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 3360 (üç min üç yüz altmış) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası «Bakı Ekspertiza Mərkəzi» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus olan **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 3000 (üç min) manat təşkil edir. İşdə olan sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, X2 məxsus olan **- BM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 36 (otuz altı) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Rüstəm Əsədli xx.xx.2022-ci il tarixdə saat 20:46-da etibarnamə əsasında idarə etdiyi iddiaçıya məxsus **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Reno Megane” markalı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospekti ilə Uzuntəpə istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi **-BM- *** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobili işıqforun qırmızı işığına məhəl qoymadan keçdiyinə görə **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisə ilə əlaqədar Cəlilabad RPŞ-in DYPB tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərər 3 000 (üç min) manat məbləğində müəyyən edilmiş və sığorta şirkəti tərəfindən həmin məbləğin 1595 (bir min beş yüz doxsan beş) manatı iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdah dəymiş ziyanın qalan hissəsini ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə 2180 (iki min bir yüz səksən) manat maddi ziyan dəydiyini və sığorta şirkyəti tərəfindən də həmin ziyanın 2180 (iki min bir yüz səksən) manat müəyyən edildiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında həmin ziyanın 3000 (üç min) manat olduğu (ekspert rəyinə əsasən) və həmin ziyandan 1595 (bir min beş yüz doxsan beş) manatının sığorta şirkəti tərəfindən ödənildiyi müəyyən edilmişdir. Buna görə də cavabdehdən tutulmalı olan məbləğ 1405 (bir min dörd yüz beş) manat müəyyən edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1405 (bir min dörd yüz beş) manat pul və 36 (otuz altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar