Məhkəmə qərarları › İş №2(073)-774/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-774/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-774/2024 23.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsi ilə 17 may 2008-ci il tarixdə anadan olmuş Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 235 manat müəyyən edilməsi və Şahbazova Vüsalə Vüsal qızının müalicəsi üçün hər ay 50 manat müalicə xərcinin müəyyən edilərək Cavabdeh alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarş ıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2008ci il tarixdə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının 140 manatdan 235 manatadək artırılması, Cavabdeh Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin və Şahbazova Vüsalə Vüsal qızının müalicəsi üçün hər ay 50 manat müalicə xərcinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə gödərərək, iddia tələbinə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “sabir pul məbləğində alimentin miqdarının artırılması və müalicə pulu tələbinə dair” iddiası qismən təmin edilmiş və 17 may 2008-ci il tarixdə doğulmuş Vüsalə Şahbazova qızının saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı 110 manatdan 140 manata artırılıb və Şahbazova Vüsalə Vüsal qızının müalicəsi üçün ayda 50 manat tutulması qət olunub. Qüvvədə olunan qanunvericiliyə əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu aylıq 235 manat müəyyən olunmuşdur. Buna görə də tutulan aliment midarın 140 manatdan 235 manatadək artırılması zəruridir. Cavabdehlə mediasiya prosesi vasitəsilə barışıq əldə olunmasına cəhd olunsa da cavabdeh mübahisəni könüllü qaydada həll olunmasına razılıq vermədiyindən mübahisənin həlli mümkün olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 2007-ci ildə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 17 may 2008-ci ildə Vüsalə adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar və azyaşlı uşağı Vüsalə cavabdehin yanında qalmışdır. İddiaçı ilə ayrıldıqdan sonra o, başqa qadınla ailə qurmuş və həmin nikahından 15 yanvar 2011-ci il tarixdə Kənan adlı bir uşağı doğulmuşdur. Sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin 2(073)-1650/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 17 may 2008-ci il tarixdə doğulmuş qızı Vüsalə Şahbazovanın saxlanılması üçün ondan tutulan alimentin miqdarı 110 manatdan 140 manata artırılmışdır. O, hazırda işsizdir və başqa evlilikdən də bir azyaşlı uşağı vardır. Bu səbəbdən də iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əlavə olaraq 50 manat müalicə xərci hissəsində təmin edilməməsi, sabit pul məbləğində aliment hissədə isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının saxlanması üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(073)-301/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan 110 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi və 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment və əlavə olaraq 50 manat müalicə xərci olmaqla, cəmi 190 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)- 1076/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Cavabdeh 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının əlavə olaraq 50 manat müalicə xərci olmaqla, cəmi 190 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissədə ləğv edilməsi, müalicə pulu tələbinə dair hissədə iddia tələbinin təmin edilməməsi və qətnamənin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Sosial arayışdan görünür ki, 17 may 2008-ci il tarixdə doğulmuş Şahbazova Vüsalə Vüsal qızına sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinət kimi, ümumi xəstəlikdən əlilliyə görə, 25 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2024-cü il tarixədək hər ay 200 manat müavinət verilməsi nəzərdə tutulmuşdur. İşdə olan AZ-İ 579572 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahlarını 14 may 2010-cu il tarixdə Cəlilabad rayonu Qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 saylı qeydiyyat aparılmaqla, arvada Şahbazova soyadı verilmişdir. İşdə olan AZE 18159129 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 15 yanvar 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası isə Elnurə Əkbərovadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2007-ci ildə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin birgə yaşadıqları dövrdə 17 may 2008-ci ildə Vüsalə adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşağı Vüsalə anasının yanında qalmışdır. Tərəflər ayrıldıqdan sonra cavabdeh başqa qadınla ailə qurmuş və həmin nikahından 15 yanvar 2011-ci il tarixdə Kənan adlı bir uşağı doğulmuşdur. Sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin 2(073)- 1650/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının saxlanması üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(073)-301/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan 110 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi və 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment və əlavə olaraq 50 manat müalicə xərci olmaqla, cəmi 190 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(106)-1076/2020 saylı qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Cavabdeh 17 may 2008-ci ildə doğulmuş Şahbazova Vüsalə Vüsal qızının əlavə olaraq 50 manat müalicə xərci olmaqla, cəmi 190 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissədə ləğv edilməsi, müalicə pulu tələbinə dair hissədə iddia tələbinin təmin edilməməsi və qətnamənin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh hazırda işsizdir və başqa evlilikdən də bir azyaşlı uşağı vardır. Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(073)-1650/2019 saylı qətnaməsi ilə Vüsalə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Buna baxmayaraq cavabdeh müəyyən olunmuş alimentdən əlavə uşağının maddi cəhətdən saxlanmasında iddiaçıya heç bir köməklik etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı Şahbazova Vüsalə Vüsal qızı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddianın cavabdehə qarşı uşağın xəstəliyi ilə əlaqədar olaraq 50 manat müalicə xərcinin tutulması tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı uşağı 17 may 2008-ci il təvəllüdlü Şahbazova Vüsalə Vüsal qızının xəstəliyi ilə bağlı sübutları məhkəməyə təqdim etsə də, cavabdehin həmin vəsaiti ödəmək imkanının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 may 2008-ci il təvəllüdlü Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(073)-2682/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 90 manat alimentin miqdarı artırılaraq hər ay 160 manat müəyyən edilməli, 17 may 2008-ci il təvəllüdlü Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şahbazova Vüsalə Vüsal qızına verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 39,20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 17 may 2008-ci il təvəllüdlü Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(073)- 2682/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 90 (doxsan) manat alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat müəyyən edilsin. 17 may 2008-ci il təvəllüdlü Şahbazova Vüsalə Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şahbazova Vüsalə Vüsal qızına verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar