Məhkəmə qərarları › İş №2(073)-789/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-789/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-789/2024 23.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh1, cavabdehlər Cavabdeh4 nümayəndəsi və vəkili, X4 və Cavabdeh3 vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, həmkəndlisi, cavabdeh Qasımov X5 rayonundan gəlmiş şəxslərin nisyə kartof məhsulu almaq istədiklərini ona bildirmiş, o, da bir qədər söhbət etdikdən sonra, kartof məhsulunu həmin şəxslərə nisyə satmağa razılaşmışdır. O, həmin Lənkəran rayon sakinləri X11, Cavabdeh3 və Cavabdeh4 ilə uzun müddət nisyə al-ver etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmkəndlisi, Cavabdeh1 etibar edərək digər cavabdehlər Ülfət Əkbərova, Cavabdeh3 və Cavabdeh4 35800 manat dəyərində nisyə kartof məhsulu satmışdır. O, dəfələrlə cavabdehlərdən borcunu tələb etmiş, lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə borclarını ödəməkdən yayınmışlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddiaçının qeyd etdiklərinə əlavəsi olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı onunla həmkəndlidir. Onun iddiaçı ilə hər hansı bir al-veri olmamış, yalnız iddiaçı ilə digər cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh4 bir-birləri ilə tanış etmişdir. İddiaçı ilə digər cavabdehlərin arasında olan al-verdən və razılaşmalarda iştirak etməmiş, onlar öz aralarında müvafiq razılaşmalarla al-ver etmişlər. Cavabdehlərin alınan malın pulunu qaytarmalarına zamin durmamışdır. Hətta cavabdehlərin kartof məsulunun alverindən ona da borcu qalmış və bir neçə dəfə İddiaçıla birlikdə borclarını tələb etmək üçün Lənkəran şəhərinə getmişlər. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili, cavabdehlər X4 və Cavabdeh3 isə vəkili X10 məhkəmədə şifahi vəsatət verərək bildirdi ki, Cavabdeh1 işin faktiki hallarına görə cavabdeh deyil, əksinə iddiaçıdır. İddiaçı iddia ərizəsində onu cavabdeh kimi göstərməklə məqsədi, iddia ərizəsinin ərazi aidiyyatinin Cəlilabad rayon məhkəməsinə yönəltməsi olmuşdur. Ona görə də hazırkı mülki işin məhkəmə aidiyyatının Lənkəran rayon məhkəməsinə aid olduğunu bildirərək, iddia ərizəsini baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini və hazırki mülki işə Cəlilabad rayon məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X7 da vəsatətin təmin edilməməsini və hazırki mülki işə Cəlilabad rayon məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə həvalə etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi Cəlilabad rayonunda yaşayan Cavabdeh1 əslində iş üzrə Lənkəran rayonundan olan cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddialıdır və iddiaçı tərəfindən onun cavabdeh qismində göstərməklə işin aidiyyətinin Cəlilabad rayon məhkəməsinə aid olmasının əsaslarını yaratmaqdan ibarət olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması tələbinə dair mülki iş aidiyyatı üzrə baxılmasından ötrü Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və işdə olan şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışlardan görürünr ki, cavabdehlər X1 rayonu Cil kəndində, Cavabdeh4 və Cavabdeh3 isə Lənkəran rayonu Velədi kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 2(073)- 789/2024 saylı mülki iş aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 35800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin qanuna müvafiq qaydada alınması tələbinə dair 2(073)-789/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar