Məhkəmə qərarları › İş №2(073)-817/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-817/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-817/2023 14.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC kiçik mübahisələrə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4401,76 manat əsas kredit borcunun, 1,38 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 0,37 manat cərimə borcu olmaqla, cəmi 4403,51 manat məbləğində borcun və 64,04 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-817/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 25 noyabr 2019-cu il tarixli, 033CASA193290003 saylı güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 60 ay müddətinə illik 1 faiz olmaqla 8368,06 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli, 033FİZAM77970201, 033FİZAM77970301 və 033FİZAM78010401 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin 07 fevral 2023-cü il tarixə İddiaçı ASC-yə 4401,76 manat əsas kredit borcu, 1,38 manat kreditdən istifadəyə görə faiz borcu, 0,37 manat cərimə borcu olmaqla, cəmi 4403,51 manat məbləğində borcu qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. Buna görə də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2019cu il tarixli, 033CASA193290003 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 8368,06 məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh2 ilə bağlanmış 25 noyabr 2019-cu il tarixli, 033FİZAM77970201 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kreditor qarşısında 25 noyabr 2019-cu il tarixli, 033CASA193290003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar öhdəlik götürmüş və iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçı Bankla Cavabdeh3 ilə bağlanmış 25 noyabr 2019-cu il tarixli, 033FİZAM77970301 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kreditor qarşısında 25 noyabr 2019-cu il tarixli, 033CASA193290003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar öhdəlik götürmüş və iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçı Bankla Cavabdeh4 ilə bağlanmış 25 noyabr 2019-cu il tarixli, 033FİZAM78010401 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kreditor qarşısında 25 noyabr 2019-cu il tarixli, 033CASA193290003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar öhdəlik götürmüş və iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçı Bank tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 07 fevral 2023-cü il tarixə İddiaçı ASC-yə 4401,76 manat əsas kredit borcu, 1,38 manat kreditdən istifadəyə görə faiz borcu və 0,37 manat cərimə borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyadan görünür ki, Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. İşdə olan 09 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 64,04 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 25 noyabr 2019-cu il tarixli, 033CASA193290003 saylı güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 60 ay müddətinə illik 1 faiz olmaqla 8368,06 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli, 033FİZAM77970201, 033FİZAM77970301 və 033FİZAM78010401 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin 07 fevral 2023-cü il tarixə İddiaçı ASC-yə 4401,76 manat əsas kredit borcu, 1,38 manat kreditdən istifadəyə görə faiz borcu, 0,37 manat cərimə borcu olmaqla, cəmi 4403,51 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehlərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borc yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4401,76 manat əsas borc, 1,38 manat faiz borcu, 0,37 manat cərimə borcu olmaqla, cəmi 4403,51 manat borc alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 64,04 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4401,76 (dörd min dörd yüz bir manat yetmiş altı qəpik) manat əsas borc, 1,38 (bir manat otuz səkkiz qəpik) manat faiz borcu, 0,37 (otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 4403,51 (dörd min dörd yüz üç manat əlli bir qəpik) manat borc və 64,04 (altmış dörd manat dörd qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar