Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-819/2023 04.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 "xxxx" ASC-nin xeyrinə 4344,90 manat əsas, 19,10 manat faiz borcu olmaqla cəmi 4364 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,45 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmşidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 54 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh1 02 noyabr 2020-ci il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. Nəticədə Cavabdeh1 vəfat etdiyi günədək iddiaçı Banka 4344,90 manat əsas, 19,10 manat faiz borcu olmaqla cəmi 4364 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 qalmış mirasa Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 06 iyul 2021-ci il tarixli, 2V-344 saylı və 29 avqust 2021-ci il tarixli, 2V-464 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsələri kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, onlara göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 "xxxx" ASC-in xeyrinə 4344,90 manat əsas, 19,10 manat faiz borcu olmaqla cəmi 4364 manat borc, 63,45 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən cavabdehə 54 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 03 avqust 2019-cu ildən 03 yanvar 2024cü ilə qədər hər ay 155,30 sonuncu ayı isə 151,98 manat ödəməklə cəmi 8382,88 manat məbləğində vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 03 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan 5445 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından almışdır. İşdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvanlanmış 25 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddianın verilməsi ilə əlaqədar 63,45 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. İşdə olan 19 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19 yanvar 2023-cü il tarixə 4344,90 manat əsas, 19,10 manat faiz borcu yaranmışdır. İşdə olan AZ-İİ 126518 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 02 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Ölümünün səbəbinin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmamazlığı qeyd edilmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, mərhum Cavabdeh1 qalmış mirasa 06 iyul 2021-ci il tarixdə, 2V-344 saylı reyestrlə Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, mərhum Cavabdeh1 qalmış mirasa 29 avqust 2021-ci il tarixdə, 2V-464 saylı reyestrlə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 54 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh1 02 noyabr 2020-ci il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. Nəticədə Cavabdeh1 vəfat etdiyi günədək iddiaçı Banka 4344,90 manat əsas, 19,10 manat faiz borcu olmaqla cəmi 4364 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 qalmış mirasa Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 06 iyul 2021-ci il tarixli, 2V-344 saylı və 29 avqust 2021-ci il tarixli, 2V-464 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsələri kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, onlara göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hazırki iş üzrə iddiaçı bankın Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı tələbini haqlı sayır və hesab edir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mərhum Cavabdeh1 vərəsələri olduğundan borcu onlardan tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 03 iyul 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsi üzrə 4344,90 manat əsas, 19,10 manat faiz borcu olmaqla cəmi 4364 manat kredit borcu müştərək qaydada alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,45 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 4344,90 (dörd min üç yüz qırx dörd manat doxsan qəpik) manat əsas, 19,10 (on doqquz manat on qəpik) manat faiz borcu olmaqla cəmi 4364 (dörd min üç yüz altmış dörd) manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,45 (altmış üç manat qırx beş qəpik) manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat müştərək qaydada alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-819/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-819/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver