Məhkəmə qərarları › İş №2(073)-821/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-821/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-821/2025 19.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəlilabad rayon İcra və Probasiya Şöbıəsinə qarşı icra məmuru, Elşən Əsədov, tərəfindən qəbul olunmuş, 85573/2015-30-10/1 nömrəli, 11 dekabr 2024-cü il tarixli, inkasso sərəncamının dərhal dayandırılması haqqında, pensiyasından tutulan pulların tam şəkildə onun hesabına geri qaytarılması haqqında, İcra məmuru Elşən Əsədov icra haqqında qanunu ciddi şəkildə pozduğuna görə (işdən azad etmə, inzibati cəza) onun barəsində qanunamüvafıq tədbir görülməsi üçün qətnamə qəbul edib, aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra və Probasiya Baş İdarəsinə göndərilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayon İcra və Probasiya Şöbıəsinə qarşı icra məmuru, Elşən Əsədov, tərəfindən qəbul olunmuş, 85573/2015-30-10/1 nömrəli, 11 dekabr 2024-cü il tarixli, inkasso sərəncamının dərhal dayandırılması haqqında, pensiyasından tutulan pulların tam şəkildə onun hesabına geri qaytarılması haqqında, İcra məmuru Elşən Əsədov icra haqqında qanunu ciddi şəkildə pozduğuna görə (işdən azad etmə, inzibati cəza) onun barəsində qanunamüvafıq tədbir görülməsi üçün qətnamə qəbul edib, aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra və Probasiya Baş İdarəsinə göndərilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını, ərizənin geri qzaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cəlilabad rayon İcra və Probasiya Şöbıəsinə qarşı icra məmuru, Elşən Əsədov, tərəfindən qəbul olunmuş, 85573/2015-30-10/1 nömrəli, 11 dekabr 2024-cü il tarixli, inkasso sərəncamının dərhal dayandırılması haqqında, pensiyasından tutulan pulların tam şəkildə onun hesabına geri qaytarılması haqqında, İcra məmuru Elşən Əsədov icra haqqında qanunu ciddi şəkildə pozduğuna görə (işdən azad etmə, inzibati cəza) onun barəsində qanunamüvafıq tədbir görülməsi üçün qətnamə qəbul edib, aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra və Probasiya Baş İdarəsinə göndərilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar