Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-822/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 575 manat dəymiş maddi ziyan və 30 manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o (iddiaçı), 2020-ci ildə ayrı-ayrı vaxtlarda cəmi 575manat pul almışdır. Pulu verməkdə məqsəd qızı üçün sosial yardım düzəltmək olmuşdur. İddiaçının qızının əri avtomobil qəzasında ölmüşdür, iki uşağı qalmışdır, onlara kömək etmək üçün qızına sosial yardım düzəltdirmək istəmişdir. Bununla bağlı cavabdeh ona qızı üçün sosial yardım düzəltdirəcəyini vəd etmişdir, iddiaçı ona 400 manat pul vermişdir. Pulu verdikdən sonra cavabdeh ona əlavə 175 manat da verməli olmasını bildirmişdir, o da həmin məbləği də cavabdehə vemişdir. Lakin sonradan xəbər tutmuşdur ki, cavabdeh onu aldatmışdır. Cavabdeh nəinki onu, əlavə 20-30 nəfəri də eyni vədlərlə aldatmışdır və buna görə də həbs edilmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabadeh onaun pulunu qaytarmamışdır. Cavabdeh onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə şikayəti əsasında araşdırma aparılaraq şikayəti mülki xarakterli olduğu üçün şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-24/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Quliyev X4 rayonunun Qızılavar kənd sakini İddiaçı ona olan etibarından sui-istifadə etməklə sonuncunun qızı X1 ünvanlı sosial yardım düzəltdirəcəyinə vəd verib aldadaraq, vahdi niyyəti ilə 2020-ci ilin avqust ayının ortalarında Cəılilabad şəhəri Qurtuluş küçəsində 390 manat, 2020-ci ili avqust ayının sonlarında Masallı rayonu “X3”nin yanında 125 manat olmaqla, ümumilikdə 515 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan hüquq normalarına istinad etməklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Cavabdeh dələduzluq cinayət əməlini törətmiş və cavabdeh də daxil olmaqla müxtəlif şəxslərə qarşı həmin əməli törətmişdir. Cavabdeh bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının hazırki tələbi də həmin cinayət işi ilə bağlı olmaqla, cinayət işindən yaranmış mülki iddiadır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 575 (beş yüz yetmiş beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-822/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-822/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver