Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-823/2024 09.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə və cavabdehin il ərzində 4 dəfə olmaqla işlədiyi yerdən aldığı ərzaq payı və pul şəklində mükafatın da bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 2007-ci ildə faktiki evlənmişlər, nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci ildə Zəhra, xx.xx.2013-cü ildə Yusif, xx.xx.2021-ci ildə isə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşaqları onun (iddiaçının) yanında qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2 (106)-571/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin Cavabdeh alınaraq ona (iddiaçıya) verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki evlənmişlər, nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci ildə Zəhra, xx.xx.2013-cü ildə Yusif, xx.xx.2021-ci ildə isə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(106)-571/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin ondan alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Özü Cəlilabad rayon Dövlət X8ndə sürücü vəzifəsində işləyir və alyıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti ödəyir. Tələb edilən alimentdən artıq miqdarda aliment ödəmək iqtidarında deyildir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Muğan kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2 (106)- 571/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi DYMX Cəlilabad Rayon Dövlət X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qasımov X2 rayon X11 Hissəsinin 63 nömrəli YMB-də sürücü işləyir. Aylıq əmək haqqı 820.55 manat hesablanır. Əmək haqqından 340.04 manat aliment tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2 (106)-571/2023 saylı qətnaməsi ilə xx.xx.2008ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2 (106)-571/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentdən əlavə olaraq cavabdehdən hazırda hər ay hər uşaq üçün 50 (əlli) manat, üç uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə iddianın cavabdehin il ərzində 4 dəfə olmaqla işlədiyi yerdən aldığı ərzaq payı və pul şəklində mükafatın bölünməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2 (106)-571/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3, xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentlə eyni zamanda, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2013-cü ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-823/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-823/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver