Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-83/2025 07.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi ziyana görə dartıcı haqqı 1800 manat, sürücüyə verilən 7200 manat, cəmi 25.200.00 tl; sənəd tarixi xx.xx.2023, ehtiyyat hissələri, hidravlik 100.00, əyləc işi 6.700.00, egzoz qısqac 500.00, C Radicool 016 K antifriz 1.150.00, cantcı 2.000.00, ATF yağı 150.00, lifçi sükan filtri 150.00, mexaniki hissələr 7.650.00, işçilik 5.000.00, cəmisi 28.500.00 - xx.xx.2024 tarixli satış fakturası, qoşqu təmir çadırı 8500 -xx.xx.2024 tarixli sifariş qəbzi, elektrik işi 4.500.00, kapot işi 45.000.00, rəngsaz işi 15.000.00, şassi işi 30.000.00, fara 2 ədəd cəmi 3.000.00, aşağı panjur 3.500.00, duman 2 ədəd cəmi 2.000.00, ön palçıq qoruyucu 4 ədəd cəmi 4.000.00, arxa palçıq qoruyucu 2 ədəd cəmi 1.000.00, ön bamper 3 ədəd cəmi 5.000.00, sağ və sol künc küləklik, 6.000 olmaqla cəmi 119.000.00 - xx.xx.2024 tarixli satış fakturası 5.2 ədəd ön təkər 12.000.00 sənəd tarixi xx.xx.2024, 6. 1 ədəd əyləc 500.00, fırlanan soyuducu 15.000.00, P Okanl. 100.00, elektrik İşi 800.00, C GTX Ultraclean 10W40A3/B44x4 İ TU 650.00, əlbəəl verilən 6.000.00, gömrük 2.000.00, ümumi texniki baxım işləri 2.000.00, olmaqla cəmi 28.050.00 tl, ümumilikdə 221.250.00 Türkiyə lirəsinin ödəniş anında Azərbaycan manatına uyğun məzənnəsinin, mənəvi zərərə görə 5.000 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı1 verilməsi; həmçinin tərəfindən cavabdehə İrana yük götürmək üçün verdiyi 500 ABŞ dolları və 900 ABŞ dolları, həmçinin İrandan Gürcüstana yük götürmək üçün verdiyi 1300 ABŞ dolları olmaqla cəmi 2700 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına uyğun məzənnəsinin, habelə cavabdehə verdiyi 6026 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 özünə məxsus 99LG304 qeydiyyat nişanlı (qoşqu 99YD394) avtomobili var və bütün əmlakını harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq idarə və istifadə etməyi, onun üzərində sərəncam verməyi X1 etibar etmişdir. Eyni zamanda, X2 həmin maşından istifadə etməklə oğlu İddiaçı2 ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu məqsədlə Cavabdeh həmin maşına sürücülük hüququna dair etibarnamə verib İran, Türkiyə və Gürcüstan Respublikalarından müxtəlif əmlakların alınıb daşınması tapşırığını vermişlər. Cavabdeh 26 noyabr 2023-cü il tarixdə həmin avtomobili Türkiyədə idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törədib avtomobili aşırmış və nəticədə İddiaçı1 məxsus avtomobilə 221.250.00 Türkiyə lirəsi maddi ziyan vurmuş, bu hərəkətləri ilə bağlı Cavabdeh barəsində onun cərimə olunması haqqında qərar qəbul olunmuşdur. Avtomobilin təmiri ilə bağlı ödəniş qəbzləri iş materiallarına əlavə olunmuşdur. Lakin cavabdeh dəfələrlə tələb olunmasına bağmayaraq vurduğu ziyanın əvəzini ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Təmirə çəkilən xərclər aşağıdakı kimi olmuşdur: Dartıcı haqqı 1800 manat, sürücüyə verilən 7200 manat, cəmi 25.200.00 t sənəd tarixi-xx.xx.2023, Ehtiyyat hissələri: hidravlik 100.00, əyləc işi 6.700.00 , egzoz qısqac 500.00 , C Radicool 016 K antifriz 1.150.00, cantcı 2.000.00, ATF yağı 150.00, lifçi 4.500.00, sükan filtri 150.00, mexaniki hissələr 7.650.00, işçilik 5.000.00, cəmisi 28.500.00 - xx.xx.2024 tarixli satış fakturası, Qoşqu təmir çadırı 8500 -xx.xx.2024 tarixli sifariş qəbzi, Elektrik işi 4.500.00, kapot işi 45.000.00, rəngsaz işi 15.000.00, şassi işi 30.000.00, fara 2 ədəd cəmi 3.000.00, aşağı panjur 3.500.00, duman 2 ədəd cəmi 2.000.00, ön palçıq qoruyucu 4 ədəd cəmi 4.000.00, arxa palçıq qoruyucu 2 ədəd cəmi 1.000.00, ön bamper 3 ədəd cəmi 5.000.00, sağ və sol künc küləklik 6.000.00 olmaqla cəmi 119.000.00,- xx.xx.2024 tarixli satış fakturası 5.2 ədəd ön təkər 12.000.00 sənəd tarixi xx.xx.2024, 6. 1 ədəd əyləc 500.00, fırlanan soyuducu 15.000.00, P 0kan1.100.00, elektrik işi C GTX Ultraclean 10W40A3/B44x4 İ TU 650.00, əlbəəl verilən 6.000.00, gömrük 2.00.00, ümumi texniki baxım işləri 2.000.00, olmaqla cəmi 28.050.00 tl, ümumilikdə 221.250.00 türkiyə lirəsi maddi ziyan dəymişdir. Həmçinin İddiaçı2 Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vermiş, həmin pulların verilməsini cavabdeh özü öz xətti ilə qeyd etmişdir. Həmin pullar qarşılığında cavabdeh İran, Türkiyə və Gürcüstan Respublikasından müxtəlif mallar alıb gətirməli idi, lakin cavabdeh avtomobillə qəza etməsi nəticəsində həmin malları gətirə bilmədi, tapşırığı yerinə yetirmədi və İddiaçı1 həm ziyana düşmüş, həm də verdiyi pullar cavabdeh tərəfindən qaytarılmamışdır. İddiaçı2 tərəfindən cavabdehə İrana yük götürmək üçün 500 ABŞ dolları və 900 ABŞ dolları, həmçinin İrandan Gürcüstana yük götürmək üçün 1300 ABŞ dolları və 1700 manat verilmiş, cavabdehin evinə bir dəfə 300 manat, bir dəfə bir dəfə 800 manat, bir dəfə 446 manat, bir dəfə 680 manat, habelə cavabdehə başqa bir vaxt 2100 manat pul vermiş, bununla cavabdehə cəmi 2700 ABŞ dolları və 6026 manat pul vermiş və bu barədə cavabdeh öz xətti ilə qeydlər etmişdir. Lakin cavabdeh tələb etmələrinə baxmayaraq həmin pulu qaytarmaqdan boyun qaçırır. Odur ki, həmin pulun qaytarılmasını istəyirlər. Dəymiş zərər cavabdehdən alınıb iddiaçılara ödənilməlidir. İddiaçılar tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının 21.1, 21.2, 777-1, 777.2, 779.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. xx.xx.2025-ci tarixli məhkəmə iclasında İddiaçı1 nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mübahisəli maşını 15-20 gün olar ki, 5000 manata metal kimi satmışlar, bir həftədir rəsmi olaraq adlarından çıxarılmışdır. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddianı etiraf etmir. 20 ildir yük maşını sürücüsü kimi işləyir, müxtəlif ölkələrdən yüklər gətirir. İddia ərizəsində göstərilən qədər məbləğ olmayıb, əlbəəl ona pul verilməyib, o (cavabdeh), maşına yük yığmışdır, Hövsana gedib iddiaçıdan (İddiaçı1) 600 ABŞ dolları pul alıb. O (cavabdeh), maşını işlədə bilməmişdir, çünki maşın nasaz olub. Türkiyəyə gedən zaman maşının təkərlərinin simləri görünürdü. Təəssüf edir ki, bununla bağlı maşını təhvil alarkən iddiaçılara iradını bildirməmişdir, habelə fikirləşirdi ki, həmin avtomobili özü təmir etdirib iddiaçılardan alsın. İddiaçı Xəyalın təqdim etdiyi qəbzdə göstərilən 1400 dollar və 6026 manat pulu alması barədə yazılar onun (cabvabdehin) tərəfindən yazılıb. Türkiyədə olan zaman avtomobilin təmiri üçün 5000 ABŞ dolları xərc yarandığını bilirdi, bu barədə Türkiyədəki təmir sexlərindən aktlar da almışdır. Bir ayadək maşın küçədə qalmış, sonra iddiaçı sosial şəbəkədə maşının 10000 manata satılması barədə elan vermişdir. İddianı əsassız hesab edir, tələb edilən məbləğlə razı deyil. Ona görə ki, iddiaçılar cavabdehin həmin vaxt Türkiyədə məcbur olaraq otellərdə qalma, qidalanma xərcini nəzərə almırlar. Belə ki, qəza baş verdikdən sonra iddiaçılar onun xərcləri ilə maraqlanmamışdır, habelə qəzaya laqeyd münasibət göstərmişdirlər. Həmin vaxt cavabdeh məcbur olaraq otellərdə qalma və qidalanma xərcini özü çəkmişdir, həmin xərcləri isə iddiaçılar nəzərə almırlar. Məhkəmə iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan əlyazma qəbzindən görünür ki, cavabdeh İddiaçı2 1400 dollar və 6026 manat pul almışdır. Həmin qəbz cavabdeh tərəfindən mübahisələndirilməmişdir, xəttin ona məxsus olduğunu və göstərilən pulu aldığını etiraf etmişdir. İşdə olan qəza yerinin sxemindən görünür ki, sürücü Cavabdeh idarə etdiyi 99LG304 qeydiyyat nişanlı (qoşqu 99YD394) avtomobillə Türkiyə Respublikası ərazisində yol hərəkəti qaydalarını pozmaqla maddi ziyanla nəticələnmiş yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan Türkiyə Respublikasında yerləşən müxtəlif avtoservis və təmir sexləri tərəfindən verilmiş çoxsaylı qüsur və qiymətləndirmə aktlarından görünür ki, 99LG304 qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinin təmir xərci müxtəlif məbləğlərdə göstərilməklə cəmi 221.250 Türkiyə lirəsi müəyyən olunmuşdur. İşdə olan Türkiyə Respublikası Ticarət Nazirliyi Çorum Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh idarə etdiyi 99LG304 qeydiyyat nişanlı (qoşqu 99YD394) avtomobillə qəza törətməsinə baxmayaraq gömrük rəsmiləşdirilməsi üçün müddətin uzadılması ilə bağlı müraciət etmədiyinə görə 828 Türkiyə lirəsi cərimə olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 özünə məxsus 99LG304 qeydiyyat nişanlı (qoşqu 99YD394) avtomobili idarə və istifadə etməyi, onun üzərində sərəncam verməyi Nümayəndə etibar etmiş, eyni zamanda Nümayəndə həmin maşından istifadə etməklə oğlu İddiaçı2 ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu məqsədlə Cavabdeh həmin maşına sürücülük hüququna dair etibarnamə verib İran, Türkiyə və Gürcüstan Respublikalarından müxtəlif əmlakların alınıb daşınması tapşırığını vermişlər. Cavabdeh 26 noyabr 2023-cü il tarixdə həmin avtomobili Türkiyədə idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törədib avtomobili aşırmış və nəticədə İddiaçı1 məxsus avtomobilə maddi ziyan vurmuşdur. Həmçinin, İddiaçı2 digər dövlətlərdən mal gətirmək üçün cavabdehə müxtəlif vaxtlarda pul vermişdir. Lakin cavabdeh tələb olunmasına baxmayaraq vurduğu ziyanın əvəzini ödəməkdən və İddiaçı2 ona vermiş olduğu pulları qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı2 və cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsi bağlanılmış, tapşırığa əsasən cavabdeh vəkalət alan olmaqla İddiaçı1 Museyib qızına məxsus olan yük avtomobili ilə və İddiaçı2 tərəfindən verilmiş muzd qarşılığında Gürcüstan, İran və Türkiyə Respublikaları ərazisindən müəyyən malları alıb gətirmək tapşırığını almışdır. Tərəflər arasında tapşırıq münasibətlərinin olması işin mübahisəsiz halıdır. Cavabdeh tapşırığı lazımınca icra etməmiş, Türkiyə Respublikası ərazisində yol nəqliyyat hadisəsi törətmiş, bununla da avtomobilə maddi zərər dəymiş, yəni İddiaçı1 qarşı cavabdeh delikt törətmiş, habelə digər İddiaçı2 aldığı tapşırıq cavabdeh tərəfindən icra olunmamışdır. Avtomobilə dəymiş zərərin məbləği ilə bağlı məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin edilsə və müstəqil qiymətləndirici cəlb edilsə də, həmin məbləği müəyyən etmək mümkün olmamışdır. Buna səbəb avtomobilin köhnə markalı olması, açıq internet resurslarında hər hansı məlumatın, avtomobilə dəymiş maddi zərərlə bağlı qüsur aktının olmaması və avtomobilə baxış keçirilməsinin qeyri-mümkünlüyü olmuşdur. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, avtomobilə maddi zərər dəyməsi işin mübahisəsiz hallarından biridir. İş materiallarında olan, Türkiyə Respublikası ərazisində tərtib edilmiş çoxsaylı qüsur aktlarından avtomobilə cəmi 221.500 Türkiyə lirəsi zərər dəydiyi görünür, habelə cavabdeh özü də məhkəmə iclasında verdiyi ifadəsində avtomobilə 5000 ABŞ dolları zərər dəydiyini etiraf etmişdir. Türkiyə lirəsinin 2023-cü ilin noyabr ayı – 2025-ci il aralığında ABŞ dollarına olan məzənnəsini, işin hallarını və cavabdehin etirafını da nəzərə alaraq məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin məbləğinin 5000 ABŞ dolları müəyyən edilməsi ağlabatan və əsaslıdır. Habelə cavabdehin digər İddiaçı2 1400 ABŞ dolları və 6026 manat pul alması da işin mübahisəsiz halıdır. Bu hal iş materiallarında olan, cavabdeh tərəfindən verilmiş yazılı qəbz və onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə təsdiqini tapmışdır. Yəni, həmin məbləğ tapşırığın icrası üçün cavabdehə verilmiş muzd kimi qəbul edilməlidir. Cavabdeh qəza nəticəsində özünün də maddi zərərlə qarşılaşması, həmin hala görə yaranmış əlavə qidalanma və yaşayış xərclərinin yarandığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, habelə bu barədə iddiaçılara qarşı iddia irəli sürməmişdir. Məhkəmə, habelə hesab edir ki, iddianın 5000 manat mənəvi zərər tələb hissəsi əsassızdır. Belə ki, İddiaçı1 qızı ona dəymiş mənəvi zərərin nədə ifadə olunması, hansı mənəvi iztirab və ya sarsıntı keçirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Habelə iddia İddiaçı2 tərəfindən cavabdehə Gürcüstandan İrana yük götürmək üçün 1300 ABŞ dolları verilməsi və həmin pul tələbi hissəsində də əsassızdır. Həmin halla bağlı da iddiaçılar tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 104.06 manatı, İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun 105 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6026 (altı min iyirmi altı) manat, 1400 (bir min dörd yüz) ABŞ dollarının ödəniş anında rəsmi məzənnə rəhbər tutularaq Azərbaycan manatına olan qarşılığı və 104.06 manat (yüz dörd manat altı qəpik) alınaraq İddiaçı2, 5000 (beş min) ABŞ dollarının ödəniş gününə rəsmi məzənnə rəhbər tutularaq Azərbaycan manatına olan qarşılığı və 105 (bir yüz beş) manat dövlət rüsumu alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-83/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-83/2025
07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver