Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-868/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1099 manat əsas borc, 652,73 manat cərimənin olmaqla, cəmi 2411,68 manat pulun və 44,11 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2020ci il tarixli, VSBK04982 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh satış qiyməti 1099 manat olan 1 ədəd “Samsung” markalı televizoru "xxxx" MMC-dən almışdır. Cavabdeh aldığı həmin məişət əşyalarının pulundan ilkin olaraq 73 manat ödəniş etmiş, qalan məbləği isə tərəflər arasında tərtib olunmuş ödəniş qrafikinə əsasən hər ay 73 manat, sonuncu ay isə 77 manat olmaqla 15 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh ödəniş qafiki üzrə hər ay iddiaçıya ödəməli olduğu pulu ödəməmiş və müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC-yə 1099 manat əsas borcu qalmışdır. Əsas borcdan əlavə isə iddiaçı tərəfdən cavabdehə 652,73 manat dəbbə pulu hesablanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli müqavilənin 5.6-cı bəndinə əsasən alıcı bu müqavilənin şərtlərini pozduqda, qalıq məbləğin hər gecikdirilmiş günü üçün 0,3 faizi həcmində cərimə ödəyir. Bununla əlaqədar cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, cavabdehə göndərilmiş xəbərdarlıq məktubu cavabsız qalmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli, VSBK04982 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 1099 manat (ilkin ödəniş məbləği də daxil olmaqla) olan 1 ədəd “Samsung” markalı televizoru almış və həmin məişət əşyasının dəyərindən ilkin olaraq "xxxx" MMC-yə 73 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli, VSBK04982 nömrəli müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər hər ay 73 manat, sonuncu ay isə 77 manat ödəməklə, cəmi 1099 manat vəsaiti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 aprel 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsində verilməsi nəzərdə tutulmuş “Samsung” markalı televizoru 15 aprel 2020-ci il tarixdə "xxxx" MMC-dən təhvil almışdır. İşdə olan 01 sentyabr 2022-ci il tarixli Faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2022-ci il tarixdə 01 saylı Faktorinq müqaviləsi bağlanmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 1099 manat əsas borcu yaranmış, əsas borcdan əlavə isə iddiaçı tərəfdən cavabdehə 652,73 manat dəbbə pulu hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 37,51 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli, VSBK04982 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh satış qiyməti 1099 manat olan 1 ədəd “Samsung” markalı televizoru ilkin olaraq 73 manat ödəniş etməklə "xxxx" MMC-dən almış, qalan məbləği isə tərəflər arasında tərtib olunmuş ödəniş qrafikinə əsasən hər ay 73 manat, sonuncu ay isə 77 manat olmaqla 15 ay müddətində "xxxx" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh ödəniş qafiki üzrə hər ay iddiaçıya ödəməli olduğu pulu ödəməmiş və müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC-yə 1099 manat əsas borcu qalmışdır. Əsas borcdan əlavə isə iddiaçı tərəfdən cavabdehə 652,73 manat dəbbə pulu hesablanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2020-ci il tarixli müqavilənin 5.6-cı bəndinə əsasən alıcı bu müqavilənin şərtlərini pozduqda, qalıq məbləğin hər gecikdirilmiş günü üçün 0,3 faizi həcmində cərimə ödəyir. Bununla əlaqədar cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, cavabdehə göndərilmiş xəbərdarlıq məktubu cavabsız qalmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 652,73 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 15 aprel 2020-ci il tarixli, VSBK04982 nömrəli müqavilə üzrə 1099 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla, cəmi 1199 manat pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37,51 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 aprel 2020-ci il tarixli, VSBK04982 nömrəli müqavilə üzrə 1099 (bir min doxsan doqquz) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 1199 (bir min bir yüz doxsan doqquz) manat pul və ödənilmiş 37,51 (otuz yeddi manat əlli bir) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-868/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-868/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver