Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-870/2023 08.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1, İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15115.84 ABŞ dolları əsas borc, 988.29 ABŞ dolları faiz borcu, cəmi 16104.13 (on altı min bir yüz dörd dollar on üç sent) ABŞ dolları borcun və 20 (iyirmi) manat dövlət rüsumunun alınıb İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatı iddianın həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13285.84 ABŞ dolları əsas borc, 1125.29 ABŞ dolları faiz borcu, cəmi 14411.13 (on dörd min dörd yüz on bir dollar on üç sent) ABŞ dolları borcun və 20 (iyirmi) manat dövlət rüsumunun alınıb İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, **********9947 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 20000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2017ci ilədək hər ay 785 ABŞ dolları, sonuncu ay isə 985 ABŞ dolları ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, **********9947-626119 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, **********9947-976474 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Daha sonra iddiaçı təşkilatla Cavabdeh1 arasında 13285.84 ABŞ dolları qalıq əsas borca dair xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin restrukturizasıyasına dair saziş bağlanmış və həmin sazişə əsasən cavabdeh 13285.84 ABŞ dolları əsas borcu həmin borca illik 5 faiz hesablanmaqla 56 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən saziş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı təşkilat arasında xx.xx.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata 13285.84 ABŞ dolları əsas borcu, 1125.29 ABŞ dolları faiz borcu, cəmi 14 411.13 (on dörd min dörd yüz on bir dollar on üç sent) ABŞ dolları borcu yaranmışdır. Cavabdehlərə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdehlər iddiaçı təşkilata olan borcu ödəməkdən imtina etmişdirlər. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə onun (Cavabdeh1) arasında xx.xx.2014-cü il tarixli **********9947 saylı kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə illik 24 faiz olmaqla 20000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli **********9947-626119 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli **********9947-976474 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər onun öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra iddiaçı təşkilatla aralarında 13285.84 ABŞ dolları qalıq əsas borca dair xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin restrukturizasıyasına dair saziş bağlanmış və həmin sazişə əsasən 13285.84 ABŞ dolları əsas borcu həmin borca illik 5 faiz hesablanmaqla 56 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən saziş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı təşkilat arasında xx.xx.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Maddi imkanı olmadığından öhdəliyini lazımi qaydada yerinə yetirə bilməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən tələb edilməsinə baxmayaraq, yaranmış borcunu ödəyə bilməmişdir. Hazırda iddianı tam şəkildə etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********9947 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz olmaqla 20000 ABŞ dolları kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********9947-626119 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, **********9947 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********9947-976474 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, **********9947 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********9947 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabddeh xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək hər ay 785 ABŞ dolları, sonuncu ay isə 985 ABŞ dolları ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı təşkilatla Cavabdeh1 arasında 13285.84 ABŞ dolları qalıq əsas borca dair xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin restrukturizasıyasına dair bağlanmış sazişdən görünür ki, həmin sazişə əsasən cavabdeh 13285.84 ABŞ dolları əsas borcu həmin borca illik 5 faiz hesablanmaqla 56 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, **********9947 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 20000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2017ci ilədək hər ay 785 ABŞ dolları, sonuncu ay isə 985 ABŞ dolları ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, **********9947-626119 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, **********9947-976474 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Daha sonra iddiaçı təşkilatla Cavabdeh1 arasında 13285.84 ABŞ dolları qalıq əsas borca dair xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin restrukturizasıyasına dair saziş bağlanmış və həmin sazişə əsasən cavabdeh 13285.84 ABŞ dolları əsas borcu həmin borca illik 5 faiz hesablanmaqla 56 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən saziş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı təşkilat arasında xx.xx.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata 13285.84 ABŞ dolları əsas borcu, 1125.29 ABŞ dolları faiz borcu, cəmi 14 411.13 (on dörd min dörd yüz on bir dollar on üç sent) ABŞ dolları borcu yaranmışdır. Cavabdehlərə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdehlər iddiaçı təşkilata olan borcu ödəməkdən imtina etmişdirlər. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxıralımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13285.84 ABŞ dolları əsas borc, 1125.29 ABŞ dolları faiz borcu, cəmi 14 411.13 (on dörd min dörd yüz on bir dollar on üç sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 20 (iyirmi) manat dövlət rüsumu alınıb İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-870/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-870/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver