Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-88/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Yağub oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Yağub oğluna qarşı alqıqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv edilməsi və pul tələbinə iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh Yağub oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 000 (iyirmi bir min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 ərizə verərək, mübahisə predmeti olmuş nəqliyyat vasitəsinin mülkiyyətçisinin İddiaçı olduğunu bildirərək, onun (iddiaçının) əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdeh Yağub oğluna qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı X1 Həsənqulu İbad oğlu ilə əvəz edilmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh Yağub oğlu ilə aralarında Lənkəran RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, onun (iddiaçının) adına verilmiş uçot kartoçkasının (şəhadətnamənin) ləğv edilməsinə və cavabdehdən 21000 (iyirmi bir min) manat pulun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh Yağub oğlundan «X8» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21 000 (iyirmi bir min) manat müqabilində almışdır. Həmin nəqliyyat vasitəsinə dair cavabdehlə aralarında nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin nəqliyyat vasitəsini alan zaman ustaya yoxlatdırmamışdırlar. Belə ki, həmin nəqliyyat vasitəsi cavabdehin sexində olmuş və cavabdeh nəqliyyat vasitəsini yoxlatdırmağa şərait yaratmamışdır. Həmin nəqliyyat vasitəsində nasazlıqlar yaranmış və təxminən 7-8 gündən sonra əmisi Natiq Qasımov nəqliyyat vasitəsini Cavabdeh qaytarmışdır. Həmin nəqliyyat vasitəsi hazırda da cavabdehin istifadəsindədir. Cavabdehdən nəqliyyat vasitəsinə görə verilmiş pulu tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Yağub oğlu iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, özünə məxsus «X8» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. Həmin nəqliyyat vasitəsini 24 000 (iyirmi dörd min) manata satmaq niyyətində olmuş və iddiaçının əmisi X5 həmin nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. Natiq Qasımov bir neçə dəfə onun yanına gəlib-getdikdən sonra nəqliyyat vasitəsini ona 21 000 (iyirmi bir min) manata satmağa razı olmuşdur. Alqı-satqını rəsmiləşdirmək üçün Lənkəran şəhərinə gedən zaman ona (cavabdehə) məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi hazırkı iş üzrə İddiaçı adına rəsmiləşdiriləcəkdir. Halbuki, onunla İddiaçı arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı heç bir razılaşma olmamışdır. Alqı-satqı ilə bağlı danışıqlar və razılaşma onunla (cavabdeh) iddiaçının əmisi Natiq Qasımov arasında olmuşdur. Həmin nəqliyyat vasitəsinə görə Natiq Qasımov ona (cavabdehə) 20800 (iyirmi min səkkiz yüz) manat pul vermişdir. Nəqliyyat vasitəsini satan zaman avtomaşın saz vəziyyətdə olmuş və heç bir problemi olmamışdır. İddiaçının əmisi Natiq Qasımov həmin avtomaşını təxminən 20 gün sürdükdən sonra qaytarıb gətirmiş və avtomaşında nasazlıq olduğunu bildirmişdir. Həmin avtomaşın hazırda ona (cavabdehə) məxsus sexin qarşısındadır və həmin avtomaşın satıldıqdan sonra pulunu iddiaçıya ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq iddanın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də təsdiq edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh Yağub oğlu mülkiyyətində olan «X8» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 14 000 (on dörd min) manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD 388996 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, «X8» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh Yağub oğlunun mülkiyyətində olmuş Ford-Tr markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adna qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Yağub oğlu mülkiyyətində olan «X8» markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı satmışdır. İddiaçı avtomobili aldıqdan sonra avtomobildə nasazlıq olduğu müəyyən edilmiş və həmin avtomobil Cavabdeh qaytarılmışdır. Hazırda həmin avtomobil cavabdehdədir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Yağub oğlu arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlansa da, tərəflər arasında bununla bağlı əvvəldən razılaşma olmamışdır. Həmin hal məhkəmə iclasında cavabdehin izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında onunla İddiaçı arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı heç bir razılaşma olmadığını, alqı-satqı ilə bağlı danışıqların və razılaşmanın onunla (cavabdeh) iddiaçının əmisi Natiq Qasımov arasında olduğunu və həmin nəqliyyat vasitəsinə görə Natiq Qasımovun ona (cavabdehə) 20800 (iyirmi min səkkiz yüz) manat pul verdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmış olsa da, iddiaçının bununla bağlı iradə ifadəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısının müqaviləsin etibarsız hesab edilməsi qənaətinə gəlir Məhkəmə iddiaçının iddia tələbinin alqı-satqı müqaviləsi əsasında iddiaçıya verilmiş şəhadətnamənin ləğv edilməsinə dair hissədə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, nəticə etibarı ilə həmin müqavilə əsasında da iddiaçının adına qeydə alınmış şəhadətnamə də ləğv edilməlidir. Belə ki, iddiaçının nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu müəyyən edən xx.xx.2023-cü il tarixli BD 388996 saylı şəhadətnamənin verilməsi alqı-satqı müqaviləsi əsasında qanunla nəzərdə tutulmuş qaydada olduğundan müqavilə etibarsız sayıldığı halda onun nəticəsi olaraq verilmiş şəhadətnamə də hüquqi əhəmiyyətini itirdiyindən öz növbəsində ləğv olunmalıdır. Məhkəmə eyni zamanda, hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının bu müqavilə üzrə satıcıya ödədiyi 20800 (iyirmi min səkkiz yüz) manat pul da ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, etibarsız əqd bağlandığı andan etibarsız hesab edildiyindən, etibarsızlığı ilə əlaqədar doğurduğu nəticələr istisna olmaqla, hüquqi nəticələr doğurmadığından, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 21000 (iyirmi bir min) manat pulun geri qaytarılmasına dair iddiası qismən əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 21 000 (iyirmi bir min) manat pulun alınıb ona verilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı cavabdehə 20800 (iyirmi min səkkiz yüz) manat pul verildiyi müəyyən edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin 14 000 (on dörd min) manata satıldığı göstərilsə də, məhkəmə iclasında cavabdeh həmin nəqliyyat vasitəsinə görə 20 800 (iyirmi min səkkiz yüz) manat aldığını göstərmişdir. İddiaçı isə cavabdehə 21 000 (iyirmi bir min) manat verməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də Cavabdeh Yağub oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasənda İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, BD 388996 saylı nəqliyyat vasitəsinin uçot kartoçkası (qeydiyyat şəhadətnaməsi) ləğv edilsin. Cavabdeh Yağub oğlundan 20800 (iyirmi min səkkiz yüz) manat pul və 153 (bir yüz əlli üç) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-88/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-88/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver