Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-882/2024 21.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 1350 manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizorun alınaraq ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizorun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, qeyrirəsmi ailə kimi yaşadığı Cavabdeh xahişi ilə xx.xx.2022-ci il tarixdə Cəlilabad şəhərində yerləşən “Kontankt Home” mağazasından kredit yolu ilə 1350 manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizor götürərək Cavabdeh vermişdir. Lakin cavabdeh televizorun aylıq ödənişlərini özü ödəyəcəyinə söz versə də, televizoru evinə apardıqdan sonra, ödənişləri ödəməkdən yayınmışdır. O, da məcburiyyət qarşısında qalıb, həmin televizorun aylıq ödənişlərini mütəmadi olaraq özü ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı ilə əvvəllər yaxın münasibətləri olmuş və sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də İddiaçı ona böhtan atır. İddiaçı ona televizor verməyib, televizor iddiaçının özündədir. Onun evində olan televizoru qardaşı ona alıb vermişdir. Ona qarşı qaldırılan iddia əsassız və yalandır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun atasıdır. Atası İddiaçı Qarabağ qazisi olduğundan, dövlət tərəfindən ona pensiya verilir. Cavabdeh atası İddiaçı dövlət tərəfindən pensiya almasını əsas gətirərək, Cəlilabad şəhərində yerləşən “Kontankt Home” mağazasından öz adına kredit yolu ilə televizor götürməsini xahiş etmiş və kreditin aylıq ödənişlərini özü ödəyəcəyinə söz vermişdir. Bundan sonra atası İddiaçı, Cavabdeh və o, özü xx.xx.2022-ci il tarixdə “Kontankt Home” mağazasına getmişlər və atası İddiaçı “Kontankt Home” mağazasından 1350 manat dəyərində olan LG markalı televizoru hər ay 75 manat ödəməklə, 18 ay müddətinə kredit yolu ilə götürərək Cavabdeh vermişdir. Televizoru götürdükdən sonra, birlikdə Cavabdeh yaşadığı evə gedərək, televizoru birlikdə quraşdırmışlar. Lakin cavabdeh televizoru evinə apardıqdan sonra, ödənişləri ödəməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 16651204 saylı müqavilədən görünür ki, İddiaçı “Kontankt Home” mağazasından LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizor almışdır. İşdə olan Kontak Home tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16651204 nömrəli müqaviləyə dair əlavədən görünür ki, 1350 manat dəyərində LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizoru hər ay 75 manat ödəməklə, 18 ay müddətinə kredit yolu ilə almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh xahişi ilə Cəlilabad şəhərində yerləşən “Kontankt Home” mağazasından kredit yolu ilə 1350 manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizoru öz adına götürərək Cavabdeh vermişdir. Lakin cavabdeh televizorun aylıq ödənişlərini özü ödəyəcəyinə söz versə də, televizoru evinə apardıqdan sonra, ödənişləri ödəməkdən yayınmışdır. Həmin televizorun aylıq ödənişlərini mütəmadi olaraq iddiaçı özü ödəmişdir. İddiaçı hal-hazırda televizoru özünə qaytarması üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1350 manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizor alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat dəyərində olan LG LED 43UQ81006LB markalı 208MARZE0102 imei kodlu televizor alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-882/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-882/2024
21.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver