Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-885/2023 06.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibiFeyzullazadə Əli Elşən oğlunun, İddiaçı "xxxx" MMC-in nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 519.9 (beş yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 77.9 (yetmiş yeddi manat doxsan qəpik) manat cərimə, cəmi 597.8 (beş yüz doxsan yeddi manat səksən qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-in nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə dəyəri 519.9 manat olan bir ədəd “HONOR” markalı mobil telefon və mobil aksesuar satılmışdır. Cavabdeh 12 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 35.98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, öhədiyini icra etməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh həmin telefonda qüsur olduğunu, yəni danışıq zamanı telefonun qızdığını, telefonda xışıltı olduğunu bildirmiş və həmin telefon tərəflərindən qəbul edilərək, yoxlanışa göndərilmiş və telefonda maye izləri aşkar edilmişdir. Telefonda aşkar edilmiş qüsura görə iddiaçı cəmiyyət məsuliyyət daşımır və zəmanət öhdəlikləri qeyd olunan hala şamil edilmir. Həmin qüsur telefon cavabdehə satıldıqdan sonra və cavabdehin telefonla ehtiyyatsız davranması nəticəsində yaranmışdır. Həmin hallar cavabdehə izah edilmiş, lakin cavabdeh borcunu ödəməyəcəyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətdən dəyəri 519.9 manat olan bir ədəd “HONOR” markalı mobil telefon və mobil aksessuar almışdır. Aldığı telefonun dəyərini 12 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 35.98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin telefonu aldıqdan qısa müddət sonra telefonda qüsur yaranmışdır. Belə ki, telefonla danış zaman xışıltı yaranmış və telefon qızmışdır. Buna görə həmin telefonun dəyərini ödəməmişdir. İddiaçı məhkəmə müraciət etdikdən sonra həmin qüsurun aradan qaldırılıması üçün iddiaçıya müraciət etmiş, telefon ondan alınaraq yoxlanışa göndərilmiş və telefonda maye izləri aşkar edilmişdir. Telefonda aşkar edilmiş qüsura görə iddiaçı cəmiyyət məsuliyyət daşıdığından və həmin qüsur aradan qaldırılmadığından borcunu ödəməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən Cavabdeh dəyəri 519.9 manat olan bir ədəd “HONOR” markalı mobil telefon və mobil aksesuar satılmışdır. İşdə olan ödəniş cədvəlindən göürünür ki, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək, hər ay 44 manat, sonuncu ay isə 35.98 manat ödəməklə iddiaçı Cəmiyyətə olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 519.9 (beş yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 77.9 (yetmiş yeddi manat doxsan qəpik) manat cərimə, cəmi 597.8 (beş yüz doxsan yeddi manat səksən qəpik) manat borcu vardır. İşdə olan iddiaçı cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddaçı Cəmiyyət tərəfindən hazırkı ərizənin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş texniki rəydən görünür ki, Cavabdeh satılmış «HONOR X8» markalı telefonda müayinə zamanı maye izləri aşkar edilmiş və zəmanət öhdəlikləri qeyd olunan hallara şamil edilmir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı cəmiyyət tərəfindən cavabdehə dəyəri 519.9 manat olan bir ədəd “HONOR” markalı mobil telefon və mobil aksesuar satılmışdır. Cavabdeh aldığı əşyanın dəyərini 12 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 35.98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, öhədiyini icra etməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh həmin telefonda qüsur olduğunu, yəni danışıq zamanı telefonun qızdığını, telefonda xışıltı olduğunu iddia etmiş və həmin telefon iddiaçı cəmiyyət tərəfindən qəbul edilərək, yoxlanışa göndərilmiş və telefonda maye izləri aşkar edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqaviləyə və zəmanət talonuna əsasən zəmanət öhdəlikləri qeyd olunan hala şamil edilmir. Həmin hallar cavabdehə izah edilmiş, lakin cavabdeh borcunu ödəməyəcəyini bildirmişdir. İddiaçı cəmiyyət buna görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və yaranış borc ondan tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 519.9 manat əsas borc, 77.9 manat cərimə, cəmi 597.8 (beş yüz doxsan yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-885/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-885/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver