Məhkəmə qərarları › İş №2(073)-890/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-890/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-890/2023 26.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1444.80 manat əsas borc, 1171.94 manat faiz borcu, 1344.37 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 209.80 manat faiz borcu, cəmi 4170.91 (dörd min bir yüz yetmiş manat doxsan bir qəpik) manat borcun və 61.71 (altmış bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 21.5 faiz olmaqla 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli, 400007425/ZM saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmış, 3097.85 (üç min doxsan yeddi manat səksən beş qəpik) manat qalıq məbləğ 36 ay müddətinə illik 17 faiz olmaqla restruktruzasiya edilmişdir. Cavabdeh kredit müqaviləsinə və Əlavə sazişə əsasən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini təmin etməmişdirlər. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 21.5 faiz olmaqla 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasından bağlanmış xx.xx.2015-ci il tarixli, 400007425/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasından bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliyin qalığı 3097.85 (üç min doxsan yeddi manat səksən beş qəpik) manat borc 36 ay müddətinə illik 17 faiz olmaqla restruktruzasiya edilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 61.71 (altmış bir manat yetmiş bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tələbin faiz ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasından bağlanmış xx.xx.2017-ci il tarixlə 01 saylı Əlavə Saziş üzrə ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin başa çatdığı dövrə faiz borcu 772 (yeddi yüz yetmiş iki) manat təşkil edir. Buna görə də, faiz borcu iddiaçının tələb etdiyi məbləğlə deyil, öhdəliyin başa çatdığı dövrə olan məbləğlə müəyyən edilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditiorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cərimənin 1344.37 manatdan azaldılaraq 150 (bir yüz əlli) manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Eyni zamanda, məhkəmə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 209.80 (iki yüz doqquz manat səksən qəpik) manat faiz borcu hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1444.80 manat əsas borc, 772 manat faiz borcu, 150 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 209.80 manat faiz borcu, cəmi 2576.60 (iki min beş yüz yetmiş altı manat altmış qəpik) manat borc və 61.71 (altmış bir manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan «DəmirBank” ASC-in hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar