Məhkəmə qərarları › İş №2(073)-893/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-893/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-893/2024 06.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36,40 manat pul məbləğlərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdiki, o, qardaşı oğlu Cavabdeh Almas oğlu ilə 2 il öncə Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən “Ulduz” tikinti kooperativinə gedib oradan 980 manat dəyərində tikinti materiallarını nisyə almışdır, kooperativi işlədən Əli adlı şəxslə razılaşmışlar və bir ay ərzində pulunu verəcəyini bildirmişlər. Lakin üstündən 1 həftə keçəndən sonra Cavabdeh onun evinə gəlmiş və Əlinin pulunu tələb etdiyini bildirmişdir. O, da buna görə məcbur olub qızıllarını lombardda girov qoymuş 1000 manat pul götürərək cavabdehə vermişdir. Həmin zaman cavabdeh özü üçün də 200 manat pul istəmiş, o, da ümumilikdə cavabdehə 1200 manat vermişdir. Bundan 15 gün sonra Cavabdeh yenidən onun həyətinə gəlib evində televizor olmadığı üçün kreditlə televizor almaq istədiyini bildirmiş, o, da cavabdehə kreditlə televizor götürə biləcəyini bildirmişdir. Sonra o, cavabdehlə birlikdə “Soliton” mağazasına gedib, oradan 1272 manat dəyərində televizor almışlar və cavabdeh aylıq krediti özü ödəyəcəyini bildirmişdir. Müəyyən müddət keçəndən sonra kooperativi işlədən Əli onun evinə gəlmiş və ona ödəniş etməsini bildirmişdir. Həmin zaman artıq anlamışdır ki, cavabdeh onu aldatmışdır. Bundan sonra cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh həmin puldan cəmi 200 manat qaytarmış, hazırda isə 3700 manat borcu qalmışdır. Əslində Cavabdeh ona daha çox pul borcludur, lakin o, cavabdehdən 1600 manat tələb edir. Cavabdeh təxminən 2 il öncə yaşadığı evdə 1200 manat pul vermiş, həmin pulun 1000 manatını o, kooperativçi Əli adlı şəxsə çatdırması üçün vermiş, lakin cavabdeh həmin pulu Əliyə verməmişdir. Əlavə olaraq Habilə 1000 manat “Mol Bulak” BOKT-dan götürdüyü kreditini bağlamaq üçün vermiş, 500 manat isə əl borcu kimi vermiş, həmçinin “Soliton” mağazasından 1272 manat dəyərində televizoru onun adına kreditlə götürmüş, həmin televizora görə ümumilikdə 1350 manat ödəyib kreditini bağlamışdır. Hal-hazırda Cavabdeh ona 3700 manat pul borcludur. Lakin o, Cavabdeh 1600 manat tələb edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi zahatında bildirdi ki, 2 il bundan əvvəl bibisi, yəni hazırki iş üzrə İddiaçı ona tikinti materialları almaq istədiyini bildirərək, onnan zamin qalmasını xahiş etmiş, o, da öz növbəsində “Ulduz” tikinti kooperativinə gedib, tanışı Əlidən İddiaçı üçün 980 manat dəyərində tikinti materiallarını nisyə almışdır. İddiaçı hazırki vaxta qədər Əlinin mağazasından aldığı materialların pulunu ödəməmişdir. Bu səbəbdən də o, İddiaçı təklif etmiş ki, Əliyə olan borcunu ödəməsi üçün Cəlilabad rayonunda yerləşən “Soliton” mağazasından televizor götürüb ona versin, kreditini isə o, özü “Soliton” mağazasına ödəsin. İddiaçı da onunla razılaşmışdır. Bundan sonra o, öz evində istifadə etmək üçün İddiaçı adına 1200 manat dəyərində televizor götürmüş, 200 manat artıq olduğu üçün həmin pulu İddiaçı ödəmişdir. Həmin ərəfədə həyat yoldaşı Sona Əliyevanın adına “Mol Bulak” BOKT-dan kredit götürmüş, həmin vaxtı İddiaçı zamin qalmış və 4 ay müddətində o, krediti özü bağlamışdır, İddiaçı isə ödəniş etməmiş və ona heç bir məbləğ verməmişdir. İddiaçı onun barəsində yalan məlumat vermiş, onun İddiaçı heç bir məbləğdə borcu yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(073)-770/2022 saylı məhkəmə bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı 1242 manat əsas borcun və 33 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan 21 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 36,40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı Cavabdeh Almas oğlu ilə birlikdə Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən “Ulduz” tikinti kooperativində Əli adlı şəxsdən 1 ay müddətində ödəmək şərti ilə 980 manat dəyərində tikinti materiallarını nisyə almışlar. Lakin üstündən 1 həftə keçəndən sonra cavabdeh iddiaçının evinə getmiş və Əlinin pulunu tələb etdiyini bildirərək, iddiaçıdan tikinti materiallarının dəyərini ödəməsi üçün 1000 manat və əlavə olaraq özü üçün 200 manat almaqla, ümumilikdə iddiaçıdan 1200 manat almışdır. Bundan sonra cavabdeh evində televizor olmadığı üçün kreditlə televizor almaq istədiyini iddiaçıya bildirmiş, iddiaçı da cavabdehlə birlikdə “Soliton” mağazasına gedib, oradan 1272 manat dəyərində televizor almışlar və cavabdeh aylıq krediti özü ödəyəcəyini bildirmişdir. Müəyyən müddət keçəndən sonra kooperativi işlədən Əli adlı şəxs iddiaçının evinə getmiş və ona götürdüyü tikinti materiallarının dəyərini ödəməsini bildirmişdir. Həmin zaman iddiaçı anlamış ki, cavabdeh onu aldatmışdır. Bundan sonra iddiaçı cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh həmin puldan cəmi 200 manat qaytarmış 1000 manatı cavabdehdə qalmışdır. Bundan əlavə iddiaçı “Soliton” mağazasından cavabdehə götürdüyü 1272 manat dəyərində televizorun ödənişlərini ödəməmiş və məhkəmə qərarına əsasən ondan 1350 manat tutulmuşdur. Bu səbəbdən də cavabdehin iddiaçıya 1600 manat məbləğində borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1600 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesabe dirki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkə məhesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 1600 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edirki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36,40 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36,40 (otuz altı manat qırx qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar