Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-908/2024 23.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci ildə Şahin, xx.xx.2009-cu ildə isə Rövnəq və xx.xx.2011-ci ildə isə Yunis adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-1254/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Özü işləmir, məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği isə uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)-1254/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 75 manat məbəlğində alimentin ondan (Cavabdeh) alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin nikahdan 07 iyun 2014-cü ildə Əkbər, 18 iyul 2016-cı ildə Həsən və 29 avqust 2022-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Özü İİ dərəcəli əlildir və işləmir. Əvvəllər müddətli pensiya almış, lakin hazırda həmin pensiyanın verilməsi dayandırılmışdır. Almentin artırılmasına razı deyildir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 mart 2008-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 avqust 2009-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 yanvar 2011 -ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Əliqasımlı kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2014-cü ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 saylı qeydiyyat aparılarq, arvada Diniyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 avqust 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 iyul 2016-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Cəlilabd rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası X5r. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-1254/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-1254/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 75 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı işləmir, uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların saxlanmasında kifayət etmir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə ayrıldıqdan sonra cavabdeh ikinci dəfə rəsmi nikah qeyd etdirməklə evlənmiş və həmin nikahdan üç uşağı doğulmuşdur. Cavabdeh hazırda işləmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının və cavabdehin işləmədiyini, cavabdehin ikiknci dəfə evləndiyini və həmin nikahdan üç uşağının doğulduğunu nəzərə alır və hesab edir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(073)-1254/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat, üç uşağa görə 300 (üç yüz) manat manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-1254/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulması müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X1, xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər ay uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Cəlilabad rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-908/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-908/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver