Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-91/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əsasən iddiaçı Cəlilabad rayonunun Alar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir hüquqmüəyyənedici sənədi olmadan, setka çəpər vasitəsi ilə gediş-gəliş yolunu bağlayaraq onun (iddiaçının) və ailə üzvlərinin öz yaşadıqları evə gediş-gəlişinə maneə törədir. O və ailə üzvləri öz evlərinə gediş-gəliş üçün rahat istifadə edə bilmirlər. Onun iki azyaşlı övladı vardır. X1 5-ci sinif şagirdi, Qalib Əmirov isə 7-cı sinif şagirdləridirlər. Hər iki uşaq keçən tədris ilində yol bağlı olduğu üçün orta məktəbə gedib-gələ bilməmişlər. Bu da onların təhsildən geri qalmasına səbəb olmuşdur. Yol açılmasa bu tədris ilində də uşaqların tədrisdən geri qalmasına səbəb olacaqdır. Həmçinin onun həyat yoldaşı psixi sarsıntılar keçirdiyi üçün onu mütəmadi olaraq müxtəlif klinikalara aparmaq məcburiyyətinə qalmışdır. Bəzən yoldaşının psixi pozuntusu kəskinləşdiyi zaman evə həkim dəvət etməyə məcbur olur, lakin evə gəlmək istəyən həkimlər evə gələ bilmirlər. Baş verən hadisələr artıq ailədə çox çətin vəziyyətin yaranmasına səbəb olmuşdur. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə qonşuluq münasibətlərini pozmaqla hüquqdan sui-istifadə edərək onun hüquqlarını pozmuşdur. Halbuki, cavabdehlərin ümumi istifadə üçün nəzərdə tutulımış gediş-gəliş yolunu bağlamağa heç bir hüququ yoxdur. Cavabdehlərdən bu qanunsuz hərəkətlərinə son qoymağı və gediş-gəliş yolunun açılmasını tələb etsə də, onlar buna məhəl qoymurlar, onlara edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmırlar, cavabdehlər onun evinə olan gediş-gəliş yolunu açmır və əksinə olaraq hal-hazırda da qanunsuz əməllərini davam etdirirlər. Buna görə də məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlər onun qardaşlarıdır. Mübahisəli evi isə iddiaçı alıb, pulunu o verib. Cavabdehlərin hərəkətləri nəticəsində ailəsində ciddi narahatlıqlar yaranıb, həyat yoldaşı psixi xəstəlik tapıb. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsi kimi plana alınmış bələdiyyə mülkiyyətində olan 0.1838 ha həyatyanı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən bağlandığını göstərsə də, həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2343 saylı ekspert rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı faktiki istifadəsi kimi plana alınmış bələdiyyə mülkiyyətində olan 0.1838 ha həyatyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsi kimi plana alınmış bələdiyyə mülkiyyətində olan 0.1838 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə bitişik olan yolun qərbdən-şərqə doğru en 4.38 m-2.61 m, uzunluğu 190 m) müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsi kimi plana alınmış bələdiyyə mülkiyyətində olan 0.1838 ha həyatyanı torpaq sahəsinin şimal istiqamətindən keçən ümumi istifadədə olan gediş-gəliş yolu müəyyənləşdirilərək yer quruluşu planında göstərilmişdir. Cavabdeh2 faktiki istifadəsi kimi plana alınmış bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəddən daxilində gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi Dövlət mülkiyyətində saxlanılmış su fondu torpaqlar kateqoriyasına aid İncə çayının keçdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (ekspert rəyi və mütəxəssis rəyi) iddiaçının yaşadığı fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlandığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir, habelə iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-91/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-91/2025
05.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver