Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-929/2024 03.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 (beş min) manat məbləğində pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında götərmişdir ki, qızı Lamiyə Babayeva 2021-ci ildə cavabdeh X5 ilə ailə həyatı qurmuş, həmin vaxtdan birlikdə cavabdehin valideynlərinin yanında yaşamışlar. Ailə həyatı qurduqdan bir müddət sonra cavabdeh Bakı şəhərində ev almaq üçün onlardan 10000 manat pul istəmişdir. Onlar da cavabdehə bu qədər pullarının olmadığını demişlər, lakin imkanları çatdığı qədər pul düzəldib onlara kömək edəcəklərini bildirmişlər. 2022-ci ilin yay aylarında əri (iddiaçının) Zaur Babayevlə birlikdə cavabdehə 5400 manat pul vermişlər, həmçinin əlavə köməklik edəcəklərini də bildirmişlər. Həmin pulu cavabdehə verəndə bacısı (iddiaçının) Aynur Rufullayeva da onların yanlarında olmuşdur. 2023-cü ildə qızı Lamiyə onun (iddiaçının) yaşadığı ünvana gələrək, evdə onu yola vermədiklərini, yenə də pul istədiklərini bildirmişdir. Bundan sonra qızı Lamiyəyə onlarda qalmışdır. Onlar cavabdehin gəlib qızını (Lamiyəni) aparacağını zənn etmişlər, lakin bir neçə ay keçsə də, cavabdeh gəlməmişdir. Sonradan cavabdehə kartof satıb pul verəcəklərini demişlər, lakin cavabdeh telefonda ona (iddiaçıya) puldan ehtiyyacının olmadığını deyərək qızının cehizlərini aparmalarını bildirmişdir. Bundan sonra o (iddiaçı) cavabdehə demişdir ki, “əgər qızımdan ayrılırsansa onda sənə verdiyimiz 5400 manatı da geri qaytar”. Lakin cavabdeh ona qaytarılası pulu olmadığını demişdir. 2023-cü ilin noyabr ayında yenidən telefonla zəng edərək cavabdehdən pulu qaytarmasını istəmiş, Səfa Qafarov isə ona verəsi pulunun olmadığını və bir daha ona zəng etməməyini demişdir. X8 barəsində şikayət etmək istəməmiş, nə vaxtsa qızı ilə barışacaqlarını zənn etmiş, sonradan cavabdehin Bakı şəhərində ev aldığını və yenidən ailə qurmaq istədiyini bilmişdir. Bundan sonra məcbur qalaraq cavabdehin hərəkətləri barədə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldığı zaman cavabdeh izahatında ona 5000 manat pul verməyini etiraf etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul eilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək, verdiyi izahatında götərmişdir ki, cavabdeh İddiaçı qızı Lamiyə Babayeva ilə 2021ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından uşaqları olmamışdır. Ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və Lamiyənin atası gələrək qızını öz evlərinə aparmışdır. İddiaçı iddia etdiyi 5000 manat pulu cavabdehə deyil, Günelin qızı Lamiyə ilə birlikdə yaşadıqları vaxtlarda İddiaçı qızı Lamiyəyə vermişdir. Həmin pulun verilməsinə səbəb isə o, olmuşdur ki, cavabdeh Lamiyə ilə evlənən zaman onun valideynləri tərəfindən onlara el adətinə uyğun olaraq cehiz əmlakı verilmədiyi üçün İddiaçı 5000 manat pul vermişdir ki, cavabdeh Lamiyə ilə yaşadqları müddətdə evin cehiz əmlaklarını alsınlar. Lakin müəyyən səbəblərdən Lamiyə ilə cavabdehin uşaqları olmadığı üçün həmin 5000 manat pulu onlar cehiz almamışlar və həmin pulun 1800 manatını Lamiyənin müalicəsinə xərcləmişlər. Cavabdeh iddiaçıya qalan 3200 manat borcunu isə hissə-hissə olmaqla qaytara bilər. Ona görə də iddianı qismən etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2024-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı X4 qarşı pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 2022-ci ildə cavabdeh X6 ev alınması məqsədi ilə 5000 (beş min) manat pul verilmiş, cavabdeh X7 ilə iddiaçının qızı Lamiyə Babayevə ayrıldıqdan sonra iddiaçı cavabdehdən verdiyi pulu tələb etmiş, lakin cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin pulun ev alınması məqsədi ilə deyil, cehiz alınması məqsdə ilə verildiyini, həmçinin həmin puldan 1800 (bir min səkkiz yüz) manatının iddiaçının qızı Lamiyə Babayevanın müaciləsinə xərcləndiyini göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 5000 (beş min) manat pul və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-929/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-929/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver