Məhkəmə qərarları › İş №2(073)-930/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-930/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-930/2023 15.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavbadeh Cavabdeh qarşı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavbadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cavbadeh Cavabdeh hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yaşayır. Eyni zamanda cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Ona görə də iddiasının baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavbadeh Cavabdeh qarşı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair mülki iş aidiyyatı üzrə baxılmasından ötrü Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Belə ki, işdə şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışdan görürünr ki, cavbadeh Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 2(073)- 930/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32, 35, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavbadeh Cavabdeh qarşı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair 2(073)-930/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar