Məhkəmə qərarları › İş №2(073)-931/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-931/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-931/2023 05.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 000 (on iki min) manat pulun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə JN-246A (kod 8017018) nömrəli şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinə 0.12 ha torpaq sahəsi verilmişdir. Cavabdeh onun (iddaçının) qaynıdır. 1993-cü ildə cavabdeh mərhum qaynatası (iddiaçının) Yusubun evinə gəlib Söyüdlü kəndində rus millətindən olan qonşusunun evini satıb getmək istədiyini ona bildirmiş və pul lazım olduğundan Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.12 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsi onun (iddiaçının) torpaq sahəsinə bitişik olduğundan torpaq sahəsni almaq qərarına gəlmiş və şəxsi təsərrüfatında olan 60 baş qoyunu, 2 baş inəyi satıb həyat yoldaşı (iddiaçının) Mədinənin, qaynı arvadı Səbirənin, həyat yoldaşı (iddiaçının) Mədinənin əmisi arvadı Xannənənin və qaynı Babəkin iştirakı ilə Ələkbərə hazırkı məzənnə ilə 12000 (on iki min) manat pul vermişdir. Bundan sonra Ələkbər həmin pulla ev almış, torpağa dair sənədləri isə ona verərək adına rəsmiləşdirməsini istəmişdir. Ələkbər Rusiya Federasiyasının vətəndaşı olduğundan çox vaxt Rusiyada olmuşdur. O torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə həyat yoldaşı qohum olduqlarını, narahatçılığa əsas olmadığını bildirmiş və torpaq sahəsinin Cavabdeh adında qalmasını xahiş etmişdir. O da həyat yoldaşı ilə razılaşmışdır. 1993-cü ildən həmin torpaq sahəsindən istifadə edir və hazırda da həmin torpaq sahəsi bütövlükdə onun (İddiaçı) istifadəsindədir. Həmin torpaq sahəsi bataqlıq ərazidə yerləşdiyindən ora torpaq tökdürməklə yararlı vəziyyətə gətirmiş və orada quyu qazdırmışdır. Ötən müddət ərzində bir dəfə də olsun aralarında narazılıq olmamışdır, lakin son zamanlar Cavabdeh oğlu Əfqan Dövlətov torpaq sahəsindən çıxmasını tələb etməyə başlamış, hətta iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh verdiyi pul qaytarılacağı təqdirdə torpaq sahəsindən çıxmağa etiraz etmir. Tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsinə görə verdiyi (iddaçının) pulu qaytarmaqdan imtna edir. Buna görə də hızırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN 246A saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq surətindən görünür ki, Cəlilabad rayon X6 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh, X3, X4 və X1 mülkiyyətinə Cəlilabad rayonunun Svetlaya-Zarya (indiki Muğan) kəndinin ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cavabdeh tərəfindən Cəlilabad Rayon Polis Şöbəsində verilmiş izahatdan görünür ki, Cavabdeh 1993-cü ildə özünə məxsus olan 0.12 ha torpaq sahəsini İddiaçı əkmək üçün verdiyini, həmin vaxtdan hazırkı vaxtadək İddiaçı həmin torpaq sahəsini əkibbecərdiyini, torpaq pulunu vermədiyini göstərmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-373/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia təmin edilərək, qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) İddiaçı JN 246A saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamyə əsasən ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X3 və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Muğan (keçmiş Svetlaya-Zarya) kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ilk iddiaçı X5 qaytarılması, qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) İddiaçı Xaqoğlan oğlundan 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq ilk iddiaçı (qarşılıqlı idia üzrə cavabdeh) X5 verilməsi, qarşılıqlı iddaçı (ilk iddia üzrə cavabdeh) İddiaçı X5 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşlıqlı iddia üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) İddiaçı aid edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon X6 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh, X3, X4 və X1 mülkiyyətinə Cəlilabad rayonunun Svetlaya-Zarya (indiki Muğan) kəndinin ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh və ailə üzvlərinin adına JN 246A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda həmin torpaq sahəsi cavabdeh İddiaçı istifadəsindədir. İddiaçı həmin torpaq sahəsini dəyərini ödəməklə Cavabdeh aldığını, həmin pulun cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə torpaq sahəsindən çıxmağa etiraz etmədiyini, lakin cavabdeh tərəfindən həmin pulun ödənilmədiyini iddia edərək, hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 0.12 ha torpaq sahəsini aldığını və bunun əvəzində cavabdehə pul verdiyini göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında İddiaçıla Cavabdeh arasında torpaq alqı-satqısına dair razılaşmanın olduğu və iddiaçının torpaq sahəsinə görə cavabdehə pul verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar