Məhkəmə qərarları › İş №2(073)-943/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-943/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-943/2025 14.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi (direktoru) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat əsas borcun, eləcə də cərimə borcu kimi hesablanmış 6750 manat, ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat və dövlət rüsumuna görə ödədiyi 132.75 manat pulun alınaraq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında çiyələk alqı-satqısı olmuşdur. 06 aprel 2023-cü il tarixdə Məhəmməd iddiaçının işlədiyi sahədən çiyələk alıb aparan zaman iddiaçıya 7500 (yeddi min beş yüz) manat məbləğində borclu qalmışdır. Həmin vaxt razılığa gələrək aralarında “yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi №11/2023” bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə mən borc məbləğini 2023-cü ilin avqust ayına kimi hissə-hissə ödəmək üçün Cavabdeh möhlət vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu Cavabdeh borclu olduğu 7500 (yeddi min beş yüz) manat borcu etiraf etməklə yanaşı, müqaviləyə uyğun qaydada 2023-cü ilin avqust ayına kimi hə hissə-hissə olmaqla ödəməyə razılığını bildirdi və borclu olmasını Kontorunda ərizə verərək də təsdiq etmişdir. Bundan əlavə Cavabdeh ilə aralarında bağlanmış həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəlik icra olunmadığı təqdirdə hər gün üçün ümumi məbləğin 1% cərimə olaraq hesblanacaqdır. Qeyd olunanlara baxmayaraq Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamış və qaytarmaq belə istəmir. İşin məhkəmədən kənar həll olunması məqsədi ilə o (iddiaçı), 16 yanvar 2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərmiş və aralarında “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi 11/2023” əsasında 7500 (yeddi min beş yüz) manat borcunu təcili qaytarmasını xahiş" etmişdir. Lakin cavabdeh həmin müraciətə də heç bir əhəmiyyət verməmişdir. Buna görə iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi (direktoru) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, hətta hesablanmış cərimə məbləğinin yarı hissədə azaldılmasına etirazı yoxdur. 2 ildir ki, cavabdehə güzəşt edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə onun (cavabdehin) arasında çiyələk alqı-satqısı olmuşdur. 7500 (yeddi min beş yüz) manat borcu vardır, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Əsas borc hissəsində iddianı etiraf edir, cərimənin silinməsini xahiş edir. İşləyib hissə-hissə borcunu ödəyəcək. Qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 11/2023 saylı “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”ndən görünür ki, Cavabdeh borc verən İddiaçın direktoru Nümayəndə olan 7500 (yeddi min beş yüz) manat borcunu 2023-cü ilin avqust ayına kimi hissə-hissə olmaqla ödəyəcəyinə razılığını bildirmişdir. İşdə olan 8İ-5747 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçınə olan 7500 (yeddi min beş yüz) manat borcunu etiraf etmişdir və borcunu 2023-cü ilin avqust ayına kimi qaytaracağına dair borc müqaviləsi bağlanılmasını iddiaçının direktorundan (Nümayəndə) xahiş etmişdir. İşdə olan iddiaçı cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddaçı Cəmiyyətin direktoru tərəfindən hazırkı ərizənin verilməsi ilə əlaqədar 133 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 aprel 2023-cü il tarixli borc müqaviləsi bağlanılmışdır, cavabdeh iddiaçıdan çiyələk alıb aparan zaman iddiaçıya 7500 (yeddi mir beş yüz) manat məbləğində borclu qalmışdır. Həmin vaxt razılığa gələrək aralarında müqavilə bağlamışlar, həmçinin cavabdeh borcun etirafı ilə bağlı notarial qaydada ərizə vermişdir. Müqaviləyə əsasən borc məbləği cavabdeh tərəfindən 2023-cü ilin avqust ayına qədər ödənilməli olduğu halda cavabdeh öhdəliyini icra etməmişdir. Əsas borc məbləğini cavabdeh özü də etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, cavabdehi əlverişsiz vəziyyətə salır. Borclu (cavabdeh) əsas borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ondan tələb edilən cərimə məbləğinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq 675 manat həddində müəyyən edilməsini hər iki tərəfin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 101.75 (bir yüz bir manat yetmiş beş qəpik) manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, 675 (altı yüz yetmiş beş) manat dəbbə pulu, cəmi 8175 (səkkiz min bir yüz yetmiş beş) manat pul və ödənilmiş 101.75 (bir yüz bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı MMC-nə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar