Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-952/2023 17.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4225 manat əsas borc, 215 manat cərimə, cəmi 4440 (dörd min dörd yüz qırx) manat borcun, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 361.60 manat əsas borc, 36 manat cərimə, 397.6 (üç yüz doxsan yeddi manat altmış qəpik) manat borcun, ümumilikdə 4 837.6 (dörd min səkkiz yüz otuz yeddi manat altmış qəpik) manat borcun və 68.38 (altmış səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 (iyirmi min) manat dəyərində mal almış, ilkin olaraq 2000 (iki min) manat ödəniş etmiş, qalan 18000 (on səkkiz min) manat borcunu 17 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq iddiaçı cəmiyyətlə Cavabdeh2 qız arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa, Cavabdeh1 İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1250 (bir min iki yüz əli) manat dəyərində mal almış, ilkin olaraq 200 (iki yüz) manat ödəniş etmiş, qalan 1050 (bir min əlli) manat borcunu 5 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 4225 manat borc, 215 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 361.60 manat əsas borc, 36 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən 20 000 (iyirmi min) manat dəyərində mal almış, ilkin olaraq 2000 (iki min) manat ödəniş etmiş, qalan 18 000 (on səkkiz min) manat borcunu isə 17 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən 1250 (bir min iki yüz əli) manat dəyərində mal almış, ilkin olaraq 200 (iki yüz) manat ödəmiş, qalan 1050 (bir min əlli) manat borcunu isə 5 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan pretenziyadan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 69 (altmış doqquz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh X1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 qız ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından göründüyü kimi cavabdehlər götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən hazırkı borc yaranmışdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehlərdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 4225 manat əsas borc, 215 manat cərimə, cəmi 4440 (dörd min dörd yüz qırx) manat borc, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 361.60 manat əsas borc, 36 manat cərimə, 397.6 (üç yüz doxsan yeddi manat altmış qəpik) manat borc və 68.38 (altmış səkkiz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-952/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-952/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver