Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-988/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı “İqbal-88” MKM-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İqbal-88” müstəqil kiçik müəssisəsinin Cavabdeh qarşı “İqbal-88” MKM-nin təsisçiləri sırasından çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İqbal-88” müstəqil kiçik müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İqbal-88” MKM-nin təsisçiləri sırasından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı “İqbal-88” MKM-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı “İqbal-88” MKM-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, “İqbal-88” müstəqil kiçik müəssisəsi onun, X2 və Cavabdeh təsisçiliyi ilə 19 noyabr 1994-cü il tarixdə il tarixdə nizamnamə əsasında yaradılmış kənd təsərrüfatı müəssisəsidir. “İqbal-88” kiçik müəssisəsi hüquqi şəxsdir və öz fəaliyyəti ilə əlaqədar olan öhdəlikləri və vəzifələri yerinə yetirir. Özünün dövlət bankında hesabı, möhürü və ştampı vardır. Digər müəssisə, idarə və təşkilatlarla müqavilə münasibətlərinə daxil olur. “İqbal-88” MKM ictimai faydalı əməyin mütərəqqi məşğuliyyəti formalarından biri olmaqla, gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində qabaqçıl təcrübələrdən, elmin və texnikanın yeni nailiyyətlərindən istifadə etməmklə mühüm yer tutur. “İqbal-88” MKM-nin əsas fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının, o cümlədən heyvandarlıq, quşçuluq, maldarlıq, bitkiçilik və arıçılığın fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. Bəzən olur ki, fəaliyyətinin tam həyata keçirilməsi üçün təsisiçilərin birlikdə iştirakı lazım olur. Lakin təsisçilərdən Cavabdeh uzun müddətdir ki, “İqbal-88” MKM-nin nizamnaməsində göstərilən birgə fəaliyyət qaydasını və onun fəaliyyətində fəaliyyətində iştirak edilməsi məsələsini nizamnamədə nəzərdə tutulmuş qaydada təmin edilməsinə maneələr yaradır. Daha doğrusu cavabdeh müəssisənin fəaliyyətinin həyata keçirilməsində iştirak etmir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 noyabr 1994-cü il tarixdə 19072 nömrə ilə qeydə alınmış “İqbal-88” müstəqil kiçik müəssisəsinin nizamnaməsindən görünür ki, “İqbal-88” müstəqil kiçik müəssisəsi X3, Cavabdeh və X4 tərəfindən yaradılmışdır və fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının (heyvandarlıq, quşçuluq, taxılçılıq, bitkiçilik) istehsalı, emalı və satışının həyata keçirilməsindən ibarətdir. İşdə olan AB 088356 saylı şəhadətnamənin surətindən görünür ki, “İqbal-88” MKMnin hüquqi ünvanı ünvan 1mi qeydiyyata alınmışdır. İşdə olan “İqbal-88” MKM-nin uçota alınması haqqında arayışdan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 23 dekabr 1991-ci il tarixli protokolu ilə yaradılmış “İqbal-88” kiçik müəssisəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X6 23 mart 2001-ci il tarixdə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli, **********069500 saylı məktubdan görünür ki, “İqbal-88” müstəqil kiçik müəssisəsi 18 noyabr 1994-cü il tarixdə 19072 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayon XDS-nin 28 fevral 1995-ci il tarixli, 03 saylı sərancamı ilə, 02 avqust 2006-cı il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən Cəlilabad rayonu X8 torpaqlarından 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 02 avqust 2006-cı il tarixdən 02 avqust 2026-cı il tarixə kimi, yəni 20 il müddətində “İqbal-88” MKM-nin icarəsinə verilməklə, 21 iyun 2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, təsisçiləri X3, Cavabdeh və X4 olmaqla “İqbal-88” müstəqil kiçik müəssisəsi 18 noyabr 1994-cü il tarixdə il tarixdə nizamnamə əsasında yaradılmış kənd təsərrüfatı müəssisəsidir. “İqbal-88” kiçik müəssisəsi hüquqi şəxsdir və öz fəaliyyəti ilə əlaqədar olan öhdəlikləri və vəzifələri yerinə yetirir. Özünün dövlət bankında hesabı, möhürü və ştampı vardır. Digər müəssisə, idarə və təşkilatlarla müqavilə münasibətlərinə daxil olur. “İqbal-88” MKM-nin əsas fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının həyata keçirilməsindən ibarətdir. Müəssisənin təsisçilərindən Cavabdeh təsərrüfat fəaliyyətinin tam həyata keçirilməsi üçün təsisçilərin birlikdə iştirakı zəruridir. Lakin Cavabdeh qanuni əsaslarla müəssisədə təsisçilik hüquqlarından istifadə etməmiş, həmçinin müəssisənin fəaliyyəti üçün digər təsisçilər ilə bərabər vəsait qoyulmasında (xərclərdə) iştirak etməmişdir. Cavabdeh hüquqi şəxsin nizamnaməsində göstərilən birgə fəaliyyət qaydasını və onun fəaliyyətində iştirak edilməsi məsələsini nizamnamədə nəzərdə tutulmuş qaydada təmin etmir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “İqbal-88” MKM-nin təsisçiləri sırasından çıxarılmalı və cavabdehin Nizamnamə payı özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh “İqbal-88” müstəqil kiçik müəssisəsinin təsisçiləri sırasından çıxarılsın. Cavabdeh “İqbal-88” MKM-də olan Nizamnamə payı qaytarılsın. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-988/2024
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-988/2024
16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver