Məhkəmə qərarları › İş №2(074)-1/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçılar X2 və X3 hüquq varisi, iddiaçılar X1 və X4 nümayəndəsi və eyni zamanda İddiaçı iştirakı ilə, iddiaçılar X2, İddiaçı, X5, X1 və X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, q ə r a r a a l d ı: İddiaçılar X2, İddiaçı, X5, X1 və X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçılar X2 və X3 hüquq varisi, iddiaçılar X1 və X4 nümayəndəsi və eyni zamanda İddiaçı yaranmış zərurətlə əlaqədar, iddia ərizəsinin baxılmamış saxlanılmaqla, əlavə olunmuş sənədlər birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən, həmçinin, cavabdehlər iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar X2, İddiaçı, X5, X1 və X4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar