Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1018/2024 24.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 QSC-yə qarşı artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 icra məmuru Babək İsmayılovun “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSCyə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 24/2018 saylı, 29 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı ilə Cavabdeh2 QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentyabr 2015-ci il tarixli, 17R000006488 S sazişlər ləğv edilmiş, cavabdehlər İddiaçı, X1 müştətək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılması və cəmi 27382.81 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh2 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçı və X1 ümumi qaydada tutulması, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdeh1 icra məmuru Babək İsmayılovun “İcra ödənişinin alınması haqqında” 16 mart 2023-cü il tarixli qərarı ilə borclu İddiaçı 3258,55 manat məbləğdə icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 saylı, 29 iyun 2018-ci il tarixli icra vərəqəsi Cavabdeh1 tərəfindən qanunamüvafiq qaydada icra olunmamış və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, İddiaçı mülkiyyətində 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılması qanunauyğun şəkildə düzgün həyata keçirilməmişdir. Həmin səbəbdən də, Cavabdeh1 tərəfindən əlavə olaraq 16 mart 2023-cü il tarixli qərarı ilə borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması barədə qanunsuz qərar qəbul olunmuşdur. Halbuki, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. Eyni zamanda, o, həmin kreditlə bağlı Cavabdeh2 QSC-yə məhkəməyə qədər 18.640 ABŞ dolları məbləğində ödəniş etmiş, məhkəmə qətnaməsindən sonra isə, Cavabdeh2 QSC-yə 9.200 manat məbləğində ödəniş etmişdir. Nəticədə, ondan Cavabdeh2 QSC-nin xeyrinə 40888,40 manat pul artıq tutulmuşdur. Ondan artıq tutulan ödənişlər ona qaytarılmalı olduğu halda, əksinə Cavabdeh1 tərəfindən 16 mart 2023-cü il tarixli qərarı ilə borclu İddiaçı 3.258,55 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul olunmuşdur. Hesab edir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə yeganə yaşayış yeri olan, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evini hərracdan satmış, ödədiyi kreditin ümumi məbləğini düzgün hesablamamış, artıq ödədiyi 40888,40 manat pulu geri qaytarmaq əvəzinə, ondan qanunsuz olaraq 3258,55 manat tələb edir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı iddia tələbinin “Cavabdeh1 icra məmuru Babək İsmayılovun qəbul etdiyi “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25 faizinin dövlət büdcəsinə, qalan hissəsinin icra məmumurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, borclu İddiaçı borcunun ödənilməsi üçün məhkəmə, icra və hətta hərrac prosesində imkan yaradılmışdır. Lakin, borclu təqdim edilmiş güzəştlərdən yararlanmayaraq, ərizələr və şikayətlərlə qətnamənin icra müddətini uzatmışdır. 2018-ci il tarixdə məhkəmə aktı qəbul edilsə də, borclu qərəzli olaraq borcu ödəməmiş və tələbkar olaraq Cavabdeh2 QSC maddi itkilərə məruz qalmışdırlar. Hazırda isə qətnamə icra edilmişdir. İcra və hərrac prosedurlarından borclunun xəbəri olmaqla, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 QSC-nin İddiaçı və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxılıb, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı ilə Cavabdeh2 QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentaybr 2015-ci il tarixli 17 R000006488 S saylı sazişlər ləğv edilməli, cavabdehlər İddiaçı və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə) məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və cəmi 27382,81 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh2 QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ İddiaçı və X1 ümumi qaydada tutulmalı və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra, İddiaçı fərdi yaşayış evinə istifadə hüququ itirilməli, o, həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və Cavabdeh2 QSC-yə təhvil verilməlidir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi tam icra olunduğundan, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarından göründüyü kimi, məhkəmənin icra sənədi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra edilərək, iş üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə İddiaçı iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə İddiaçı iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1018/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1018/2024
24.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver