Məhkəmə qərarları › İş №2(074)-1031/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1031/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1031/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 1997-ci ildə verilən əmlak payını satmış və ondan 200 manat beh almışdır. Qardaşı oğlu X4 onu aldatdığından o, cavabdehin pulunu qaytarmışdır. Qardaşı oğlu X2 200 manat pul verərək X3 verməsini bildirmişdir. 1997-ci ildə torpaq islahatları aparılan zaman 2000-ci ilə qədər özü əkib becərmiş və 2001-ci il tarixdən o, Ağsu rayonuna köçmüşdür. 2001-ci ildən ona və ailəsinə məxsus torpaq sahəsini X4 əkib becərmişdir və torpağa verilən subsidiyanı da 20 il ərzində 2,800 manat almışdır və ona torpağı satanda 1,600 manata sövdələşmə etmişdir. Lakin 2020-ci il tarixdə 150 kq taxıl əkmişdir. Torpağın şumlanmasına 50 manat, malası üçün 25 manat ümumilikdə isə 135 manat xərc çəkmişdir. Onun çox yaxşı taxılı var idi, kiməsə 2000 manata icarəyə verərdi. O, ağır şəkər xəstəsidir, infakt olmuş və iki dəfə əməliyyat olmuşdur. O, əməliyyat olmaq üçün satmışdır. X4 ona maddi ziyan vurub və onun əkdiyini yenidən şumlayıb özü əkib. Onun 2 tona yaxın taxılı var idi. Onu satmış olsaydı dəyəri 800 manat edirdi. Ümumilikdə isə cavabdehin ona 5,735 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçı əmisidir. 2015-ci ildə o, iddiaçıya tropağa görə 1600 manat pul vermiş və iddiaçı 2015-ci ildə, oğlanları isə 2016-cı ildə onun adına etibarnamə vermişlər. Əgər o, iddiaçı və onun oğlanlarına pul verməsəydi yəqin ki, onlar da ona etibarnamə verməzdilər. Lakin sonradan iddiaçı və oğlanları ondan əlavə pul istəmiş, o, isə verə bilməyəcəyini bildirdikdə etibarnaməni ləğv elətdirmişlər. O, həmin sahədə üzüm bağı salmışdır. Hazırda onlar torpağın adına rəsmiləşdirməkdən yayınırlar. Hətta saldığı üzüm bağını da məhv etmişlər. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 15 dekabr 2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN 317, kod 40004018 saylı, 18.11.2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonu, Bağırlı kəndi ərazisində yerləşən 2,05 torpaq sahəsindən ona çatan hissə üzərində sərəncam verməyi, f1 almağı, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 60 il müddətinə verilmişdir. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli etibarnamədən görünür ki, X6 AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN 317, kod 40004018 saylı, 18.11.2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonu, Bağırlı kəndi ərazisində yerləşən 2,05 torpaq sahəsindən ona çatan hissə üzərində sərəncam verməyi, f1 almağı, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 90 il müddətinə verilmişdir. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli etibarnamədən görünür ki, X7 AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN 317, kod 40004018 saylı, 18.11.2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonu, Bağırlı kəndi ərazisində yerləşən 2,05 torpaq sahəsindən ona çatan hissə üzərində sərəncam verməyi, f1 almağı, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 90 il müddətinə verilmişdir. İş materiallarında olan 23 may 2016-cı il tarixli etibarnamədən görünür ki, X5 AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN 317, kod 40004018 saylı, 18.11.2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonu, Bağırlı kəndi ərazisində yerləşən 2,05 torpaq sahəsindən ona çatan hissə üzərində sərəncam verməyi, f1 almağı, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 40 il müddətinə verilmişdir. İş materiallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı və X1 rayon Bağırlı kəndində yerləşən 2.05 ha torpaq sahəsindən ona məxsus torpaq sahəsi üzərində sərəncam verməyi, ona məxsus torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsində satıcı qismində imza etməyi, ərizə yazmağı, ona çatası pulu götürməyi, rüsum ödəməyi, bölgü planıda imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi Cavabdeh etibar etmiş, 19.10.2020-ci il tarixdə isə etibarnaməyə İddiaçı münasibətdə qismən xitam verilmişdir. İş materiallarında olan 21.09.201-ci il tarixli 16 saylı Kənd Təsərrüfatı Nazirliyi X17 Kənd Təsərrüfatının arayışından görünür ki, Şamaxı rayonu, Bağırlı kənd sakini X4 həqiqətən 2020-2021-ci il əkin dövrü ərzində X10 İnformasiya Sistemində 2,05 ha torpaq sahəsi qeydiyyatdan keçməmiş və əkin haqqında bəyan verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya və onun ailəsinə məxsus olan Şamaxı rayon Bağırlı kəndində yerləşən 2.05 ha torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadəsi nəticəsində ona ziyan dəyməsi ilə bağlı sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin, iddiaçı belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş etibarnamələrdən görünür ki, iddiaçı və onun oğlanları həmin torpaq sahəsi üzərində sərəncam verməyi, f1 almağı, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar