Məhkəmə qərarları › İş №2(074)-1031/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1031/2024

05.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1031/2024 05.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 çəkdiyi xərclərin dəyəri olan 2400 manat pulun, 300 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 47 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Ağsu rayonunun qışlaq sahəsində kiçik təsərrüfatı olmaqla, iribuynuzlu mal-qara və xırda buynuzlu heyvan saxlayır ki, qoca vaxtında heç kimə əl açmasın, pensiya da almır. 16 aprel 2020-ci il tarixdə qapısının qarşısında “VAZ 2107” markalı avtomaşın saxlanmış və avtomaşında olan 3 nəfər adam ona bildirmişdir ki, “biz bura sənin yanına gəlmişik, hərəmizin 20-30 arısı var, icazə versən gətirib bura qoyarıq”. O, buna etiraz etməmişdir. 04 may 2020-ci ildə arıları gətirib yığdılar. Həmin adamlardan biri olan X9 onunla yaxınlıq etməyə başlamışdır. 16 sentyabr 2020-ci ildə arıları apardılar. 18 noyabr 2020-ci ildə Elməddin ona demişdir ki, “sənin təsərrüfatın var, 7-8 min kredit götürüb, ver mənə iş görərəm”. Bu məqsədlə, o, özünə məxsus avtomobilini girov qoyub, 09 dekabr 2020-ci il tarixdə "xxxx"dan 7000 manat kredit götürmüş və Şamaxı rayonunda yerləşən “Şirvangöl” restoranında X10 və X9 ilə görüşüb, Məhəmmədin yanında Elməddinə 5000 manat pul vermişdir. Əvvəlcədən Elməddin ona bildirmişdir ki, hər ay 500 manat pul alır, özü hər ay gecikdirmədən pulu banka ödəyəcəkdir. 09 yanvar 2021-ci ildə Elməddin ilk dəfə pulu banka köçürmüş, lakin növbəti aylardan ödənişləri etməmişdir. Bu səbəbdən, o, məcbur olub, başqalarından borc alıb, kredit pulunu banka köçürmüşdür. Özünə aid olan 2000 manat pulu isə "Rabitəbank”a qaytarmışdır. Həmçinin, cavabdeh 2021-ci ilin sentyabr ayında ona məxsus 5 ədəd arı qutusunu aparıb, öz arıları ilə birlikdə ona məxsus arıları satmış və ona 20 mart 2022-ci il tarixdə gətirib, 5 qutu arını verməmişdir. O, məcbur olub, Şamaxı rayonunun Sabir qəsəbəsində X5 bildirmişdir ki, ona məxsus 5 qutu arını gedib, X2 götürərək, onun həyətinə gətirsin. Həsrət Əhmədov ona bildirmişdir ki, arı qutularını atomaşına yığanda, Elməddindən soruşmuşdur ki, qutuların içində arılar varmı və əgər varsa, nədən arıların səsi gəlmir. Elməddin isə Həsrətə demişdir ki, “apar ver Asif dayıya, orada arıların səsi gələcəkdir”. Şamaxı rayon sakini, tanışı X1 arılara baxıb, hamısının məhv olmasını bildirmişdir. O, məcbur olub, 1200 manat pul verib, 5 qutu arı almış, 70 manat da, həmin qutuların daşınması üçün nəqliyyat xərci çıxmışdır. Beləliklə, ona 1270 manat ziyan dəymişdir. "xxxx"dan götürülmüş kreditə görə isə, cavabdeh Elməddin Ömərovun əvəzindən o, banka 1030 manat pul köçürmüş, qalan 3970 manat pulu isə Elməddin özü ödəmişdir. Eyni zamanda, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir və cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərərin əvəzi olaraq cavabdehdən 300 manat pulun tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddia ərizəsini əsassız hesab edərək göstərdi ki, 2020-ci ildən İddiaçılə aralarında tanışlıq olmuşdur. Belə ki, Asiflə aralarında olan razılaşmaya əsasən, o, 25 arı qutusunu Asifin fermasına yerləşdirmiş və 2 il ərzində orada saxlamışdır. 2021-ci ildə o, Asifə 4 arı qutusunu bağışlamış və həmin qutuları Asifin qudası Həsrət adlı şəxs gəlib ondan götürmüşdür. Bildiyinə görə, sonradan onun verdiyi arılar tələf olmuş, lakin bu onun təqsirindən baş verməmişdir. Həmçinin, o, İddiaçı borc olaraq 5000 manat pul almamış və bununla bağlı, iddiaçının heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 09 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-dən illik 22 faizlə, 24 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X12 ifadələrində göstərmişdirlər ki, taksi fəaliyyəti ilə məşğul olurlar, həm Asif, həm də, Elməddin adlı şəxsi tanıyırlar, Asif onlara bildirmişdir ki, Elməddin ondan borc istəyib, lakin hazırda pulunu qaytarmır, sonradan məlum olmuşdur ki, Asif bankdan kredit götürüb, müəyyən hissəsini Elməddinə verib və hazırda Elməddinin Asifə təxminən 2000 manat borcu vardır, bununla bağlı Elməddinə iradlarını bildirdikdə, sonuncu səhv etdiyini etiraf etmiş, eyni zamanda, Eyvaz Quliyev ifadəsində bildirmişdir ki, iki dəfə Asifin xahişi ilə banka kredit borcunu ödəmiş, sonradan isə Asif ona borcunu qaytarmış və ona məlum olmuşdur ki, Asif Elməddin adlı şəxsin əvəzindən kredit ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı onun qudasıdır, Asif ondan xahiş etmişdir ki, Elməddində olan arı qutularını götürüb gətirsin, o, Elməddinin Şamaxı rayonunun Cabanı kəndində olan evindən cəmi 5 arı qutusunu götürmüş və aparıb Asifə çatdırmış, həmin arı qutularını götürən zaman, arılan səsini eşitməmişdir. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Cavabdeh iddia tələbini etiraf etməsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh X4 hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçı 2300 (1030 manat kredit borcuna, 1270 manat isə 5 arı qutusunun alınmasına görə) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş və sonuncuya zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən istifadə etməklə, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, vurulmuş zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla, hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq, mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən, məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə, məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə, cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, ədalətlilik və mütənasiblik prinsiplərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutulması məqsədəmüvafiqdir. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 2400 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə iclasında qeyd olunan tələbin yalnız 2300 manat hissəsi sübuta yetirilmiş, iddia tələbinin qalan hissəsi isə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi olaraq 2300 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 2600 manat məbləğində pul və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi cavabdeh X2 alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 2300 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 2600 manat məbləğində pul və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzi cavabdeh X2 alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar