Məhkəmə qərarları › İş №2(074)-1061/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1061/2025

21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1061/2025 21.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat pulun alınaraq X1 Kod: 210005 VÖEN: **********, müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-924/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tululan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 1 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyatda götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2024-cü il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh işdən evə gələrək motosklet sürüşüb yerə yıxılıb və mobil nəzarət qurğusu iki hissəyə bölünmüşdür. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-924/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 2 ünvanını saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, hökmün icrası İddiaçınə həvalə edilməsi, cəzanın icrası müddəti təqsirləndirilən şəxs Cavabdeh icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanması və Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan İddiaçı böyük icra məmuru Samir Musayevin xx.xx.2025-ci il tarixli “azadlığın məhdudlaşdırılması növüdə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüdud və vəzifələrinin izah edilməsi” barədə protokola əsasən məhkum Cavabdeh 1 ədəd (********) "ATTENTİ Smart markalı elektron nəzarət komplekti 1 ədəd (********) "ATTENTİ" markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu, 1 ədəd seriya nömrəli sada elektron qolbağ (0**- CE-***25) təhvil verilib və istifadə qaydaları izah olunub. Məhkuma Abşeron Rayon Məhkəməsinin 1(012)-924/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ana xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilib. İş materiallarında olan İddiaçı böyük icra məmuru Samir Musayevin xx.xx.2025-ci il tarixli “azadlığın məhdudlaşdırılması növüdə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüdud və vəzifələrinin izah edilməsi” barədə protokola əsasən məhkum Cavabdeh 1 ədəd (********) “ATTENTİ” Smaıt markalı elektron nəzarət komplekti 1 ədəd (********) “ATTENTİ” markalı elektron nəzarət qurğusu komplekti (lədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbağ (0**- CE-***25) təhvil verildi və istifadə qaydaları izah olunub. Məhkum Cavabdeh 1 ədəd (********) “ATTENTİ” elektron nəzarət komplekti, 1 ədəd (********) “ATTENTİ” markalı elektron nəzarət qurğusu komplekti (lədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbağ (0**-CE-***21) təhvil verilib və istifadə qaydaları izah olunub. Məhkuma Abşeron Rayon Məhkəməsinin 1(012)-924/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilib. İş materiallarında olan İddiaçı böyük icra məmuru Samir Musayevin xx.xx.2025-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə protokola əsasən məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun iki hissəyə bölündüyü müəyyən edilib. Məhkum Cavabdeh xx.xx.2025-ci il tarixli izahatında yol nəqliyyat hadisəsi zamanı yıxıldığı üçün mobil qurğunun yararsız vəziyyətə saldığını etiraf etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışından görünür ki, “ATTENTİ” markalı mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 2277,40 manat təşkil edir. Beləliklə işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 2 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, hökmün icrası İddiaçınə həvalə edilməsi, cəzanın icrası müddəti təqsirləndirilən şəxs Cavabdeh icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanması və Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cavabdeh İddiaçındə qeydiyyata götürülərək böyük icra məmuru Samir Musayev və məhkumun özünün iştirakı ilə məhkuma 1 ədəd (********) "ATTENTİ Smart markalı elektron nəzarət komplekti 1 ədəd (********) "ATTENTİ" markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu, 1 ədəd seriya nömrəli sada elektron qolbağ (0**-CE-***25) təhvil verilib və istifadə qaydaları izah olunmuşdur. Cavabdeh keçirdiyi yol nəqliyyat hadisəsi nəticəsində elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat pul vəsaitinin tutularaq X1 Kod: 210005 VÖEN: **********, müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul alınıb X1 Kod: 210005 VÖEN: **********, müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar