Məhkəmə qərarları › İş №2(074)-1062/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1062/2023

17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1062/2023 17.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyana görə 924 manat məbləğində pulun Cavabdeh tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 19-da yaşayan Cavabdeh tərəfindən Xaçmaz rayonu ərazisində Vəl-Vələ çay yatağından “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq, çınqıl-qum qarışığının götürülməsi faktı aşkar edilərək, idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı Qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydasına əsasən, təbiətə dəymiş ziyana görə 924 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini cavabdeh xx.xx.2022-ci il tarixli məktubla poçt vasitəsilə qəbul etsə də, o, iddia məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Eyni zamanda, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev məhkəməyə ünvanladığı müraciətində, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 75772 saylı aktdan görünür ki, Cavabdeh Xaçmaz rayonu ərazisində Vəl-Vələ çay yatağından qanunsuz çınqıl-qum qarışığı götürmüşdür. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 119 saylı Qərarına əsasən, 184,8 kub metr həcmində sahə üzrə 1 kub metr üçün 5 manat olmaqla, (184,8 x 5 = 924 manat məbləğində təbiətə maddi ziyan dəymişdir. İş materilları ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz rayonu ərazisində, Vəl-Vələ çay yatağından qanunsuz olaraq çınqıl-qum qarışı götürmüş, bununla bağlı qanunamüvafiq olaraq akt və cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, təbiətə 924 manat ziyan vurduğu barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin faktiki hallarına və qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qarşısında zərər vurulmasından ibarət öhdəliyi yaranmışdır. Cavabdeh 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ərazisindən çınqıl-qum qarışığını götürməklə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan inzibati xəta haqqında qərarla təsdiq olunur. Cavabdeh təbiətə vurduğu ziyanın məbləği 924 manat hesablanmışdır. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, təbiətə dəymiş ziyana görə 924 manat pul Cavabdeh tutularaq, iddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Təbiətə dəymiş ziyana görə 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar